“Oğlum Cihangirim üçün... Azərbaycan üçün, qardaş ölkəm üçün.”
Türkiyədə ən çox izlənən televiziya yarışlarından olan “Survivor”da iştirak edən azərbaycanlı model Günay Musayevanın həyat yoldaşı Azərbaycana jest edib. Tanınmış televiziya prodüseri Acun Ilıcalının həyata keçirdiyi "Survivor" yarışması izləyici kütləsini hər gün bir az daha artıraq, izlənmə rekordları qırmağa çalışır. Sonuncu buraxılışda iştirakçı Tolga Karel “Könüllülər” və “Məşhurlar” komandası arasında gedən yarışda komandasına qələbə qazandırdığı üçün çox sevinib. Aktyor bu qələbəsini oğlu Cihangirə və Azərbaycana həsr etdiyini bildirib: “Oğlum Cihangirim üçün... Azərbaycan üçün, qardaş ölkəm üçün.” Aktyor daha sonra "Ləzginka" rəqsini səsləndirərək sevincindən oynayıb. Xatırladaq ki, aktyor Tolqa Karel Türkiyədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva ilə evlidir və bir oğlu var.
Sorğu
Yeni dizaynımız necədir?