Azərbaycanlı model Günay Musayeva yenidən türk mediasının diqqət mərkəzinə düşüb. ANS PRESS-in məlumatına görə, aktyor həyat yoldaşı Tolqa Kareldən boşanma ərəfəsində olan model başqa bir şəxslə görüntülənib.
Boşanma ərəfəsində olan G.Musayeva keçən aylarda görüntüləndiyi iş adamı Vedat Mavuzerlə bu dəfə İstinyə Park dakı kafedə baş başa yemək yeyib. Jurnalistlər bu şəxsin aktrisa kimi də fəaliyyət göstərən Günayın sevgilisi olduğunu yazıblar. İddiaya görə, G.Musayeva yeni sevgilisi ilə saatlarla kafedə oturub.
Çıxışda qarşısında jurnalistləri görən model heyrətini gizləyə bilməyib. İş adamı dərhal geri qayıdıb. Musayeva isə fotoların silinməsini istəyib. "Biz işlə bağlı bir araya gəldik" desə də, jurnalistləri inandıra bilməyib.
Sorğu
Yeni dizaynımız necədir?