Müğənni bədənində ən çox ayaqlarını bəyənir və buna görə də konsertlərində tez-tez ayaq şousu göstərir
Səhnədə hər çıxışı böyük maraqla izlənən Türkiyənin tanınmış müğənnisi Sibel Canın sosial şəbəkədəki fəaliyyəti də geniş kütlə tərəfindən maraqla izlənilir. Son zamanlar Türkiyə və Kiprdə məşhur hotellərdə konsert proqramı ilə çıxış edən müğənni həmin görüntüləri mütəmadi olaraq sosial şəbəkə izləyiciləri ilə bölüşür. 44 yaşlı cazibədar sənətçi bildirir ki, bədənində ən çox ayaqlarını bəyənir və buna görə də konsertlərində tez-tez ayaq şousu göstərir. Müğənni indi isə səhnədən kənarda - virtual aləmdə ayaqlarına diqqət çəkən şəkillər paylaşmağa başlayıb. Bir müddət əvvəl "Instagram" hesabını bağlayan Sibel Can yenidən aktivləşdirərək izləyicilərini sevindirib. Xatırladaq ki, 3 uşaq anası olan məşhur sənətçi 14 yaşında rəqqasə kimi fəaliyyətə başlamış, 3 il kazinolarda rəqqasəlik etdikdən sonra 18 yaşında müğənni kimi solo çıxışlar etməyə başlayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?