Türkiyənin tanınmış müğənnisi Sibel Can mahnı müsabiqələrindən birində gördüyü və bəyəndiyi əyalətli qızı özü ilə İstanbula aparıb.
Gundemeber.az xəbər verir ki, müğənni Diyarbəkirdən olan Mutlu Kayanı əvvəl təhsil aldığı məktəbdə ziyarət edib.
Kaya ilə bir müddət söhbət edən Sibel Can daha sonra evlərinə gedərək onun anası ilə görüşüb.
Müğənni bu qəzı özü ilə aparacağını və ona hər cür dəstəyi verəcəyini bildirib:
“Artıq qızınız mənə aiddir. O həqiqətən bacarıqlı qızdır. Mutluya ilk dəfə qulaq asanda öz-özümə dedim ki, axtardığım səs budur. Onu özümlə aparacağam və lazım olan hər cür dəstəyi verəcəyəm”.
Müğənni daha sonra Mutlu Kayanı özü ilə İstanbula aparıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?