“O, hesab edir ki, qız həddən artıq diqqət tələb edirdi və onlarda sadəcə heç nə alınmadı”
Böyük Britaniya şahzadəsi Harri və onun sevgilisi Kressida Bonas ayrılıb. Cütlük 2 ilə yaxın müddət görüşüb. Əldə edilən məlumata görə, şahzadə Harri dostlarına sevgilisi ilə aralarının yaxşı olmadığını deyib. “O, hesab edir ki, qız həddən artıq diqqət tələb edirdi və onlarda sadəcə heç nə alınmadı” - deyə mənbə bildirib. “People” jurnalı qeyd edir ki, əldə edilən məlumatlara baxmayaraq, son zamanlar cütlüyü tez-tez birlikdə görüblər. Martın əvvəldində şahzadə və BonasUemli stadionunda təşkil olunan “VVe Day UK” xeyriyyə konsertində cütlük rəsmi cütlük kimi görünüblər. Harri və 24 yaşlı sevgilisi öz hisslərini gizlətməyib, hətta qız şahzadəni öpmüşdü. Bundan 2 gün sonra Harri və Kressida reqni matçında birlikdə görünüb. Bu isə tezliklə nişan olacağı xəbərini qızışdırmışdı. Bonas məşhur bir ailəninn qızıdır. Onun ailəsinin İngiltərə kralı VII Eduardla bir başa qohumluq əlaqəsi var. Kressidanın anası zamanında məşhur model olub. Bacısı İzabella isə isə əvvəllər Harrinin qardaşı Uilyamla eşq yaşayıb, indi isə Virgin imperiyasının sahibi Riçard Brensonla evlidir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?