Diananın ölümü ilə əlaqədar araşdırmalar davam edir Britaniya polisi ölüm səbəbi indiyə qədər müəmmalı hesab edilən şahzadə Diana haqqında yeni faktlar aşkarlayıb. Yerli medianın verdiyi məlumata görə, polis faktın nə olduğunu hələki gizli saxlayır. Şahzadə Diananın ölümü ilə əlaqədar istintaq işinin yenidən açılması hələki real görünmür. Belə ki, London polisi hazırda yeni faktın nə dərəcədə doğru olub olmamasını yoxlayır.
Xatırladaq ki, Şahzadə Diana, onun yol yoldaşı Dodi Əl-Fayed və sürücüsü Henri Pol 1997-ci il 31 avqustda Fransanın paytaxtı Parisdə dünyasını dəyişib. Sürücü tuneldən keçərkən avtomobilini arakəsməyə vuraraq qəza törədib.
Britaniya polisi uzun sürən istintaq araşdırmasının yekunu olaraq hadisənin qəza olduğunu bəyan edib. Qəzaya səbəb kimi isə sürücü Henri Polun içkili halda avtomobili sürətlə sürməsi olub. Həmçini Şahzadə Diana paparazzilərin əlindən qaçmaq üçün sürücüdən avtomobili tez sürməsini istəyib.
Həmin dövrdə hadisələri yaxından təqib edən Şahzadə İkinci Elizabetin mətbuat sözçüsü Diki Arbiter Diananın ölümü ilə əlaqədar istintaqın nəticələrinə şübhə etmədiyini bildirib. Onun sözlərinə görə həm Fransa polisi, həm də Britaniya polisi müstəqil şəkildə faktla bağlı araşdırma aparıblar və hər ikisi eyni nəticəyə gəliblər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?