Kanadanın Britaniya Kolumbiyası əyalətindəki Ledismit şəhərinin polisi məşhur aktrisa və model Pamela Andersonun bəyanatı ilə bağlı təhqiqata başlayıb. Səbəb P.Andersonun açıqlamalarıdır. Fransanın Kann şəhərində heyvanların müdafiəsi ilə bağlı "The Pamela Anderson Foundation"un təntənəli təqdimat mərasiminə qatılmış 46 yaşlı Pamela Anderson mətbuat konfransı da keçirib. Əynində dərin dekolteli ağ paltar olan Pamela mikrofonu götürəndə jurnalistlər ondan yeni "qlamur" açıqlama gözləyirdilər. Fəqət P.Anderson media mənsublarını təəccübləndirib. O, etiraflara başlayıb. "Uşaqlıq illərim Kanadanın Britaniya Kolumbiyası əyalətindəki Ledismit şəhərində keçib. Kaş keçməyəydi. Atam əyyaşdı, anam da bizi saxlamaq üçün iki yerdə ofisiant işləyirdi. Amma valideynlərim hər şeyə rəğmən, məni sevirdilər. Məni dünyanın çirkinliklərindən qorumağa çalışırdılar. Bacarmadılar. Anam çox yorğun olurdu, tez-tez ağlayırdı. Mən də problemlərimi anama danışıb onu daha da pis etmək istəmirdim. İlk dəfə 6 yaşım olanda təcavüzə uğradım. Məni dayəm zorladı. 12 yaşım olanda isə qardaşımın 25 yaşlı dostu məni zorladı", - P.Anderson söyləyib. Onun sözlərinə görə, həmin dəhşətli axşamı hələ də unuda bilmir: "Məni evinə dəvət etdi, nərd oynamağı öyrədəcəyini dedi. Sonra da zorladı. 15 yaşım olanda isə məni sevdiyini deyən oğlan mənə təcavüz etdi, sonra onun 5 dostu məni zorladılar". Pamela Andersonun dediyinə görə, bu olaylardan sonra yox olmaq istəyirdi. "Məni xilas edən, intihardan qoruyan heyvanlara olan sevgimdi. Onlar yeganə əsl dostlarım oldu. Sonra uşaqlarım doğuldu və faciələrimin yaddaşımdakı ağrıları qismən korşaldı". Pamela Anderson 2007-ci ildə prodüser və peşəkar poker oyunçusu Rik Salomona ərə getmişdi. Onların nikahı 4 ay davam etmiş, boşanma ilə başa çatmışdı. Bu ilin yanvarında Andersonla Salomon yenidən evləniblər. Pamela Andersonun anası, Kanadanın Nanaymo şəhərində yaşayan 65 yaşlı Kerol Andersonun dediyinə görə, qızının başına gələnlərdən bixəbər olub. "Şokdayam! Qızımın məruz qaldığı bəlalardan, ağrılardan gerçəkdən də xəbərim olmayıb! Tanrım, Pamelam nələr çəkibmiş... Mənə bir kəlmə də deməmişdi", - Kerol Anderson deyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?