Keyt həvəskar fotoqrafçı Diana Morelin kamerasına tuş gəlib
İngiltərə taxtının iki nömrəli varisi Şahzadə Uilyam (Prince William) ilə evli olan Keyt Middlton (Kate Middleton) yenə küləyin qurbanı olub. Ötən ay Şahzadə Uilyam və oğlu Şahzadə Corc ilə Avstraliya və Yeni Zelandiyaya səfər edən 32 yaşlı Kembric hersoqinyası Keytin ətəyi havaya qalxdığı zaman həvəskar fotoqrafçı Diana Morelin kamerasına tuş gəlib. Diana Morel Avstraliyada vertolyotdan enərkən çəkilmiş fotoşəkillərə baxdığı zaman bu görüntüyə rast gəldiyini söyləyib. Keyt Middlton ötən il isə Kanadaya səfəri zamanı açılan ətəyi ilə gündəmə gəlmişdi. Qeyd edək ki, həmin səfərdən sonra Kraliça Yelizaevt hersoqinyaya qarderobunu dəyişməsini və qısa ətəklərdən istifadə etməməyini tapşırmışdı.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?