Hər zaman qeyri adi geyimləri və hərəkətləri ilə diqqət mərkəzində olan müğənni Ledi Qaqa dəbin qurbanına çevrilib.
ANS PRESS-in məlumatına görə, məşhur pop ifaçı Londonda hava limanında çıxılmaz vəziyyətə düşüb. Sənətçi inanılmaz hündürlüyündə olan platformalı ayaqqabı ilə cəmiyyət arasına çıxıb. Ledi gəzdiyi zaman özünü saxlaya bilməyib və insanların gözü qarşısında yıxılıb. Qaqanın geyindiyi dəridən olan ayaqqabılar kənardan dəbli görsənir, amma ki, düzgün zamanda geyinilməyib.
Hər birimiz bilirik ki, hava limanı nə deməkdir, burada rahat özünü komfortlu hiss edəcəyin geyimdə gəlmək məsləhətdir. Özünü dəb ikonası kimi qələmə verən Ledi Qaqa bütün bunları bilməsinə baxmayaraq öz bildiyi kimi edir.
Dizaynerlər bildiriblər ki, ifaçının geyindiyi ayaqqabının hündürlüyü 30 sm-dir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?