ABŞ-ın tanınmış müğənnisi Ledi QaQanın sidiyini ətrə çeviriblər. «mignyus»un xəbərinə görə, «qiymətli maye» yaratmaq ideyası amerikalı teleaparıcı Endi Koenin ağlına gəlib Onun kütləvi istehsalı hələlik nəzərdə tutulmayıb. Ledi QaQa hələlik «bir butulkanı doldurub».
Payızın başlanğıcında o, Koenin «Baxın, nələr olur» («Watch What Happens») verilişində qonaq olub. Noyabrda L. QaQa «Twitter» səhifəsində yazıb: «İndi mənə dedi ki, sidiyimdən ətir alıblar…».
Məsələ ilə bağlı ətraflı məlumatı Koen verib: «Qrim zamanı o, zibil vedrəsinə getmişdi. Bu çox uzun hekayədir. Çıxışda dedi: «Bağışlayın, tualetə gedə bilmədim».O, superulduzdur, o, Ledi QaQadır. Fikrimcə, o, harada istəsə oranı islada bilər».
Koenlə komandası bu «hədiyyəni» əldən verməyib. Aparıcının köməkçisi internetdə sidiyin ətrə çevrilməsi reseptini tapıb və onlar Ledi QaQanın ifrazat mayesinə spirt və başqa maddələr qatmaqla ətir hazırlayıblar.
«İndi əlimizdə qəşəng bir butulka var. Bilirəm bu bir az iyrəncdir, ancaq pop-mədəniyyətinin əsəridir… Bunun da dəyəri var» - deyə, o, yekunlaşdırıb.
Mənbə xatırladıb ki, «Fame» adlanan bu «ətir»ə QaQanın qanı qatılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?