Aparıcı ilə Elza Seyidcahan üz-üzə gəldi: "... səviyyəsizlər, rekertlər".
Gecce.az xəbər verir ki, bu gün “Günə baxan” verlişinin qonaqları müğənnilər Elza Seyidcahan, Nadir Qafarzadə və ANS telekanalının xanım aparıcısı Rövşanə olub.
Mövzunun təqdimatdan getdiyi bir vaxtda əməkdar artist Elza Seyidcahan bəzi verlişlərdə aparıcıların sənət adamlarını yaxşı təqdim etməməsindən gileylənib:
“Mən Allahhaqqı toylara geddəndə aparıcı içəri girib deyir ki, Elza xanım, mən size necə təqdim edim?” Amma efirdə aparıcı səni studiyaya dəvət edir, gəlib oturursan, belə deyir: “İndi isə çox gözəl sənətkar Elza …” vərəqi axtarır. Bu aparıcılar insanı elə təqdim etməlidir ki, pisi yuxarı “qaldırmalıdır”.
Elzanın bu sözləri ilə razılaşmayan teleaparıcı Rövşanə, müğənniyə sərt cavab verib:
“Niyə axı, pisi pis, yaxşını yaxşı təqdim etməlidirlər! Pisi insanlara yaxşı kimi təqdim edib “zornan sırımalıdırlar?!” O jurnalistlər mənim üçün jurnalist deyil heç. Sənət adamlarının elə ki, bir balaca ayaqlarını tapdalayırsan qınayırlar. Övladlarının toylarında, özlərinin hər hansı bir xeyir işində, disk çıxartdılar, yeni mahnı yazdırdılar, telefonlar susmur. Bunu bütün jurnalistlər, teleaparıcılar söyləyə bilərlər. Elə ki, o müğənnilərə bir balaca tənqidi yanaşırsan, “Bu aparıcılar, bu jurnalistər, səviyyəsizlər, rekertlər və s.” deyə müraciət edərlər. Mən buradan hər kəsə, bütün elə xalq artistlərinə də üzümü tutub deyirəm, əməkdar artistlərə də, sənətçilərə də, sənətkarlara da, bizim işimiz sizdən keçmir. Bunu hər kəs bilsin. Biz uzaqbaşı bir dəfə övladımıza toy edəndə xahiş edə bilərik ki, “Mümkündürsə gəlib “bir ağız” oxuyardınız”. Amma sizin işiniz bizdən keçir. Lütfən, jurnalistlərə, aparıcılara hörmətlə yanaşın. Bütün sənətçilərə üzümü tuturam. Bəzən çox hörmətsiz yanaşırlar, amma bir ay efirə çağırmayan kimi yüz adamdan xəbər göndərirlər ki, “bizi efirə çağırın”. Jurnalistlər sizi gündəmə gətirməsə, biz sizin sənətinizi tamaşaçıya çatdırmasaq sizi heç kim tanımaz. Jurnalistərə belə təhqiramiz yanaşmaq olmaz”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?