Əməkdar artist Elza Seyidcahan mahnısını mənimsəməkdə ittiham etdiyi müğənni Ramal İsrafilovla barışıb.
gundemxeber.az axşam.az-a istinadən xəbər verir ki, ifaçı Ramalın qızı Liyanın 1 yaşı münasibətilə keçirilən tədbirə qatılıb.
E.Seyidcahan səmimi fotolarını sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, E.Seyidcahanın bəstələdiyi "İstanbul" mahnısında müəllif kimi R.İsrafilovun adının yazılmasına əsəbləşib. O: "Əgər internetdə bunu başqası edibsə, Ramal dərhal sildirməliydi. Mahnını təqdim etdiyim Mehman Tağıyev də mənimlə buna görə mübahisə edib. Elə düşünüb ki, başqasının bəstəsini ona özümünkü adıyla vermişəm", - deyə bildirmişdi.
"İstanbul" bəstəsinin sözləri millət vəkili Qənirə Paşayevadır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?