Rəqqasə Türkiyə Hindistanda keçiriləcək festivallarda iştirak edəcək
“Göyçək” ləqəbi ilə tanınan rəqqasə Fatimə Fətəliyevadan xəbər var. ANS PRESS-ə açıqlama verən tanınmış rəqqasə bildirib ki, noyabrda Hindistan və Türkiyədə keçiriləcək festivallarda iştirak edəcək.
“Noyabrda Hindistanda və Türkiyədə festivalda iştirak edəcəm. Artıq festivalda təqdim edəcəyim rəqslərin hazırlıqlarına başlamışam. Əsas diqqətimi də məhz həmin müsabiqəyə yönəltmişəm. Allahın köməyi ilə Azərbaycana yaxşı nəticə ilə dönəcəyimə inanıram”. - deyə, rəqqasə hazırlıqlara başladığını bildirdi.
Famitə Fətəliyeva noyabrın ilk həftəsində Hindistanda, ikinci həftəsində isə Türkiyənin Mersin şəhərində keçirilən festivalda iştirak edəcək.
Fatimə hər kəsin dincəldiyi yay aylarında doyunca istirahət etmədiyini deyir: "Demək olar ki, bir çox şou əhli istirahət etdiyi zaman yaradıcılıq işlərimə start vermişəm. Bunun nəticəsində də yeni mövsümə “Qafqaz bloku” rəqsi ilə başladım. Düşünürəm ki, yaxşı da alındı. Çünki bu günə qədər bu rəqsi Azərbaycanda oynayan olmamışdı. Bu yay yetəri qədər istirahət etmədim. Tələbələrimlə məşğul oldum. Buna görə peşman deyiləm. Çünki tələbələrimə nə öyrədirəmsə, bundan zövq alıram. Zamanında mən də müəllimlərimdən rəqsin sirlərini öyrənmişəm. Çox şükür ki, müəllimlərimdən bəhrələndiklərimi tələbələrimə də öyrədə bilirəm. İndi isə məni daha bir sınaq gözləyir."
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?