Rəqqasə-müğənni Sevda Sanaliyeva valideynlərindən söhbət açıb.
Sevda kiçik yaşlarında olanda valideynləri ayrılıb.
İfaçı buna baxmayaraq atası rəhmətə gedənə qədər onunla münasibətini pozmadığını deyir.
“Atam dünyasını dəyişib, anam isə dializ xəstəsidir. Atamla anamı mən 6 yaşında olanda boşanıblar. Mən anamla, qardaşım isə atamla yaşayıb. Qardaşım 15 yaşından sonra atamın əzablarına dözməyib bizim yanımıza qaçdı. Hazırda qardaşım da ailəlidir”- deyən Sevda, qardaşı ilə münasibətlərinin çox yaxşı olduğunu bildirdi.
Xatırladaq ki, yay aylarında ailə həyatı quran Sevda Sanalıyeva hamiləliyin son aylarını yaşayır. (gecce.az)
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?