Xalq artisti Aygün Kazımova gənc ifaçılara məsləhətlər verib.
Müğənni “Onlar” verilişinə açıqlamasında “mənəm-mənəm” deyən müğənniləri qınayıb:
“Sənətə gələndə qarşına məqsəd qoymalısan ki, mən vaxt gələcək birinci olacam. Burada sənətdən söhbət gedir. Efirdə böyük-böyük danışıb, özünü gülünc yerinə qoyma. Baxırsan yaşı azdır, çıxıb yekə-yekə danışır. Ağzından bir kəlmə çıxaranda çox şeyi fikirləşməlisən. Birinciliyə potensialı olmayan “xoruz” kimi səs çıxaranda gülməlidir. Amma özünə inamlı şəkildə “mən qarşıma düşən çətinliklərin öhdəsindən gələcəm. Bu sənətdə birinci olacam” demək daha gözəldir. Mən də sənətə gələndə qarşıma məqsədlər qoydum. Bilmirdim ki, vaxt gələcək xalq artisti adını alacam. Amma əmin idim ki, sənət üçün hər şey edəcəm, yeri gəlsə, ölümə də gedəcəm. Getdim də... Bilirdim ki, estradada məndən olmayacaq”.
A.Kazımova yeni mövsümdən bütün verilişləri izlədiyini də deyib:
“Baxıram ki, görüm kim nə yenilik etdi, nələr oldu. Amma yerli ifaçıları dinləmirəm. Mənim bunu deməyə haqqım çatır. Özümü qoruyuram. İstəmirəm lazım olmayan boğazlar qulağıma dəysin, keyfiyyəti aşağı olan bir şeyə baxım. Mən sənətimi bu qədər dəyərləndirirəm. Bəlkə kimsə bu sözümə görə məni qınayacaq. Amma bu, faktdır”. (axsam)
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?