Xalq artistləri Aygün Kazımova ilə Brilliant Dadaşovanın virtual müharibəsi davam edir.Dünən xiyar fotosu ilə, bu gecə də Dadaşovanın naməlum bir gəncin qucağındakı fotoşəklinin paylaşmaqla hücuma keçən Kazımova daha radikal addım atıb. O, bu dəfə sosial şəbəkə vasitəsilə həmkarını şantaj etməkdən belə çəkinməyib.
Aygün Kazımova İnstaqram səhifəsində də Brilliant Dadaşovaya hədələyici mesaj göndərib. "Hələ bu jurnaldı, ardı var" deyən Aygün, Brilliant Dadaşova təhqirlərinə görə üzr istəyənə qədər bu cür şəkilləri paylaşmaqda davam edəcəyini bildirib.
Qeyd edək ki, Brilliant Dadaşova xiyar yediyi yerdə çəkilmiş şəklinin paylaşmasına sakit reaksiya verib: “Bu şəkildə nə var axı? Jurnalist Cavanşirin toyunda çəkilib. Sadəcə məndən yazmaq, danışmaq lazımdır ki, diqqət mərkəzində ola bilsinlər".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?