ANS-də yayımlanan “Bazar səhəri” verilişində ötən gecə baş verən hadisəylə bağlı videonu sizə təqdim edirk. Xatırladaq ki, Verilişdə qonaq olan Təranə Qumral Nazənin barədə ittihamlar səsləndirib: “Nazənin yeddi dəfə ərdə olub. O, qruplaşma yaradaraq, mənim qızımın toyuna gəlməməsi üçün həmkarlarımı öyrədib. Nazənin ailəli kişiylə evlənib. Ay yazıq, sənin indi kirayədən canın qurtarıb. Amma mənim 1983-cü ildən Bakıda evim olub. Bütün Azərbaycanı vermişəm sənə, mənə bir dənəsi yetər”.
Nazənin isə canlı yayıma telefon bağlantsıyla qoşularaq, şok açıqlamalar verib: “Təranə Qumralı ərimlə tutmuşam. O, səsləndirdiyi ittihamlara görə cavab verəcək. Mənim ərim şikayətçidir. Hər şey məhkəmədə həllini tapacaq. Təranə Musanı çətir edib, hara istəyirsə, fırladır. Musanın cilovu onun əlindədir. Onlar dör ildir ər-arvad deyillər”.
Sorğu
Yeni dizaynımız necədir?