Müğənni Rəqsanə İsmayılovanın balaca qızı Yağmur xəstəxanalıq olub.
Axşam.az-ın məlumatına görə, ötən gün “5/5” verilişinə dəvət edilən, lakin canlı yayıma qatılmayan sənətçinin əvvəlcə avtomobil qəzasına düşdüyü deyilib. Efirə telefonla bağlanan Rəqsanə qızının yıxıldığını və epileptik tutma (sudurqa) keçirdiyini bildirib: “Deyirlər reklam xətrinə yalandan xəbər çıxarmışam. Mənim reklama ehtiyacım yoxdur. Avtomobil qəzasına düşməmişəm. Qızım yıxılıb, sudurqa keçirib. Efirə gəlirdim, anam zəng etdi ki, qayıt, uşaq pisdir. Yoldan qayıtdım. Xəstəxanadan gətirmişəm. Yaxşı deyil, ağrıyır”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?