Bu həftə müğənni Rəqsanə İsmayılovanın böyük qızı Aysunun 19 yaşı tamam oldu. Bu münasibətilə müğənni qızına avtomobil hədiyyə edib. Lakin qəribədir ki, müğənni qızına avtomobil idarə etməyə icazə vermir, baxmayaraq ki, artıq Aysunun 18 yaşı tamam olub.
Müğənni bu haqda açıqlama verib: "O, hələ uşaqdır. Həm də qız uşağıdır. Hər şeyin vaxtı var. Ailə qurandan sonra əgər həyat yoldaşı icazə versə, o da avtomobil idarə edər. Hələ ki, sürücüsü var. Hara lazımdırsa, onu aparır. Mən icazə vermirəm və bunun tam əleyhinəyəm".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?