Müğənni Aysel Əlizadə tədbirlərin birində maraqlı açıqlama verib.
gundemxeber.az big.az-a istinadən xəbər verir ki, A.Əlizadə bildirib ki, ailə qurmaq istəyir və ailəsinə görə hətta sənətini də qurban verə bilər:
"Ailə qurmaq haqqında düşünürəm. Hər bir xanım istəyər ki, ailəsi olsun. Mən də onların sırasındayam. Ana olmaq, ailə qurmaq mənim də arzumdur. İlk dəfədir ki, bunu etiraf edirəm ki, artıq ailə qurmaq haqqında fikirləşirəm. Torbada pişik yoxdur, amma pişik də ola bilər. Mənim istəyimlə deyil, zamanla hər şey yolunu tapacaq. Mənim əlimdə olmayan bir şeydir. Bəzən soruşurlar ki, ailəyə görə sənətini atarsanmı? Bu suala ilk dəfə cavab verirəm. Bəli, mən ailəmə görə sənəti atmağa gözə alan xanımlardanam. Ailə qurandan sonra bu sənətə, yəqin ki, geri dönmərəm. Sənətdən bezməmişəm, sadəcə ailəcanlı insanam. Amma sənətimi qəbul etməyən bir insanla ailə həyatı quracağamsa, bu sənəti ailəmə qurban verə bilərəm. Kimisə sevsəm, ona hər şeyi qurban edə bilərəm".
Sorğu
Yeni dizaynımız necədir?