Bu yaxınlarda 30 illik həyat yoldaşı ilə boşandığını elan edən prezident Vladimir Putinlə uzun illərdir ki, adı hallanan keçmiş gimnast, Dövlət Dumasının deputatı Alina Kabayeva televiziyalardan birinə müsahibəsində maraqlı açıqlamalar verib. Ötən ay 30 yaşını qeyd edən Kabayevanın bir müddət əvvəl qonaq olduğu efirlərdən birində qarşılaşdığı ideal kişidən bəhs etdiyi müsahibəsi müzakirə mövzusuna çevrilib. Uşaqların suallarını cavablandıran Kabayeva ailə həyat qurmaq istəyini açıqlayıb:
“Əlbəttə, ərə getmək, öz ailəmin və uşaqlarımın olmasını istəyirəm”. Kabayeva ailə qurmaq istədiyi şəxsin adını açıqlamasa da, onun necə biri olduğunu təsvir edib:
“Həyat elə şeydir ki, sən birini görürüsən və xoşuna gəlir, onda olan hər şeyi bəyənirsən. Bax belə birinə ərə gedəcəm”. “Elə biri ilə rastlaşmısınızmı” sualına isə Kabayeva “rastlaşmışam” cavabını verib. Həyatında gənc birinin olduğunu deyən deputat xoşbəxtlikdən qorxduğunu vurğulayıb:
“Bəzən sənə elə yaxşıdır ki, hər şeyin bu qədər yaxşı olmasından qorxursan. Əlbəttə, ehtiyat edirsən. Şəxsən mənim üçün xoşbəxtlik hər andır. Həyatımda çox yaxşı gənc biri var və mən onu çox sevirəm”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?