Müğənni Elnarə Xəlilova sosial şəbəkədə “Eurovision” təmsilçimiz Səmra Rəhimlinin sinəsi açıq libasda olan fotosunu paylaşaraq yazdığı tənqidi fikirlərə aydınlıq gətirib.
Ötən gün müğənni Elnarə Xəlilova Səmranın səhnəyə hərbi formada çıxmasının daha doğru addım olacağı barədə status paylaşıb: “Niyə Azərbaycan təmsilçisi “Eurovision”da hərbi geyimdə çıxış etmir? Niyə sətiraltı da olsa mahnıda Qarabağa eyham vurmur? Niyə səsimizi bütün dünyaya duyurmuruq ki, 24 ildir işğalçı dövlət tərəfindən dəfələrlə soyqırıma məruz qalmışıq. Bizim yerimizə Ermənistan olsaydı, Qarabağda ulu babalarının bir vaxtlar əkdiyi ərik ağacına həsr edilmiş və səhnələşdirilmiş performansları ilə bütün dünyaya öz qondarma “soyqırım”larını yedizdirmişdilər”.
Elnarənin stausundan sonra sosial şəbəkələrdə müğənninin gənclik illərində açıq-saçıq libaslarda çəkilən fotoları paylaşılıb və haqqında tənqidi fikirlər səsləndirilib.
Musavat.com-un məlumatına görə, bu tənqidlərdən sonra müğənni bildirib ki, onun sözləri səhv başa düşülüb: “Yazdığım statusla bağlı müzakirələri bitirin və nöqtə qoyun. Mən Azərbaycan üzrə təşkilatçıları tənqid etmişəm. Təmsilçi ilə işim yoxdur. Hər qoç öz ayağından asılacaq. Səmranı da, Elnarənin keçmişini də rahat buraxın”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?