Açıq-saçıq geyimlərinə görə izləyicilərin tənqid hədəfinə tuş gələn "Eurovision" təmsilçimiz Səmra Rəhimlinin daha bir fotosu yayılıb.
İfaçının orta məktəbi bitirən gün - məzun günü çəkdirdiyi foto sosial şəbəkələrə sızdırılıb. Fotoda Səmranın son zənginə məktəblilər üçün nəzərdə tutulmuş ətəkdə deyil, ö dövrdə dəbdə olan şortik-ətəkdə getməsi sosial şəbəkələrdə müzakirə olunur.
İzləyicilər "Eurovision" təmsilçimizi bu fotosuna görə də tənqid atəşinə tutub. Onlar bu geyimin orta məktəb şagirdinə uyğun olmadığını, çox qısa geyindiyini, ilk baxışda şagird təəssüratı bağışlamadığını bildiriblər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?