Xalq Artisti, sevilən sənətkar Flora Kərimova “Avroviziya” - 2016 mahnı müsabiqəsinin iştirakçısı Səmra Rəhimli haqqında danışıb.
Flora Kərimova Moderator.az saytına yarışma ilə əlaqədar verdiyi açıqlamada belə deyib:
“Biz millət olaraq, xalq olaraq Səmra qızımızı dəstəkləyir, ona uğurlar arzulayır, qələbə çalacağına hər zaman inanırıq. Onun gözəl səsi var. Vətənimizin övladı kimi hər vəziyyətdə biz ona arxayıq, dayağıq. Mən fəxr edirəm ki, bizim belə isdedadlı gənclərimiz var və dünya üzrə məşhur layihələrdə iştirak etmək hüququ qazanır. Bundan əvvəlki yarışmalarda da biz həmişə uğur qazanmışıq və yenə də qazanacağıq”.
Xalq artisti səhnədəki qondarma “bayraq” iddiasına da biganə qalmayaraq, emosionla şəkildə öz mövqeyini bildirdi:
“Ermənilər insanların şüuruna nələrisə güclə sırımaq istəyir. Erməni “bayrağ”ı guya qaldırıb nə isə etdi? Yox! Sadəcə belə etməklə dünya qarşısında gözdən düşür, nifrət qazanır, təkrar-təkrar kim olduqlarını birdaha hamıya sübut edirlər. Allah daim bizim tərəfdədir, həqiqətlər ortadadır. Biz səhnəyə sənətlə gəldik, sübutla gəldik. Baxın, bizim iştirakçımız Səmra xanım necə gözəl çıxış etdi, necə gözəl geyinmişdi. O qədər təmiz qızdır ki, o, Qarabag haqqındakı məsələ barədə danışdı, ermənilərin cəzalandırılması qərarının düzgün olduğunu söylədi. Zavallı uşaq ermənilərin hərəkətindən o qədər tutuldu ki, nə baş verdiyini anlaya da bilmədi. Amma çox cəsur və istedadlı qızdır. Ermənilər səhnəyə mənfur niyyətlə, çirkab əməllə getdi. Bəs nəticəsi nə oldu? Heç nəyə də nail ola bilmədilər”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?