Mayın 30-u «ATV» kanalında yayımlanan Zaur Baxşəliyevin aparıcısı olduğu «BizimləSən» canlı proqramında maraqlı hadisə baş verib. Verilişdə müzakirə mövzusu səhiyyə sistemindəki problemlər, özəl klinikallarla dövlət səhiyyə ocaqlarının müqayisəsi olub. Verilişə dəvət olunan özəl klinikaların birində çalışan (klinikanın adı reklam edilməməsi üçün açıqlanmayıb) Nigar adlı həkim səhiyyədəki problemləri qabardaraq, xüsusilə dövlət tibb ocaqlarındakı acınacaqlı vəziyyətə toxunub. Türkiyədə tibbi təhsil aldıqdan sonra vətənə dönən Nigar həkim çıxışında olduqca sərt ifadələrdən istifadə edib. Elə məhz bu sərt ifadələr verilişin yarıda kəsilməsinə səbəb olub. Öncə həkimin mikrafonu kəsilib, daha sonra isə ümumiyyətlə yayım dayandırılıb. Yarıda kəsilən verliş bir neçə dəqiqə sonra reklamlara ayrılıb. Maraqlısı budur ki, reklamlar bitdikdən sonra veriliş davam etsə də, sərt çıxışı ilə fərqlənən həkim artıq studiyada yox idi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?