69-cu Kann Beynəlxalq Film Festivalında “Ən yaxşı ssenari” nominasiyasında mükafata layiq görülən “Satıcı” filminin aktrisası Taraneh Alidoostinin qolundakı döymə İranda ciddi müzakirələrə səbəb olub.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Tehranda mətbuat konfransına qatılan Taranə Əlidostinin qolundakı qadının gücünü simvollaşdıran döymə ortaya çıxıb.
Sərt tənqidlərlə üzləşən aktrisa sosial şəbəkədəki səhifəsində yazdığı şərhində feminist olduğunu söyləyib.
“Sakit olun! Bəli, mən bir feministəm. Bir feminist cinslər arasında ictimai, siyasi və iqtisadi bərabərliyə inanan adamdır”, - Əlidostin qeyd edib.
O, bir Tvitter istifadəçisinin “Sakit ol! Sabah Tehrandakı həbsxanaya girəcəksən” mesajına cavab olaraq isə çoxlu gülən üz simvolu göndərib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?