67-ci Berlin Film Festivalında hindistanlı film istehsalçıları Tuba Büyüküstünlə maraqlanıblar.
gundemxeber.az axşam.az-a istinadən bildirir ki, onlar aktrisanın həyat yoldaşı Onur Saylakla birgə çəkildiyi "Rüzgarın hatıraları" filminin nümayiş hüququnu alıblar.
Festivala qatılan aktyor Hakan Türkşen və həyat yoldaşı Nur Türkşen Bollivud istehsalçılarının Tuba Büyüküstünlə maraqlandığını deyiblər:
"Festivalın son günündə film stendimizə Bollivuddan istehsalçılar gəldilər. Tuba Büyüküstünlə filmimiz olub-olmadığını soruşdular. Biz də həyat yoldaşı Onur Saylakla "Rüzgarın hatıraları" filminin olduğunu bildirdik. Çox sevindilər və bu filmlə birgə 20 türk filmini aldılar".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?