"İncəsənət və ya başqa sahədə uğur qazanmaq gözəldir. Əlavə biznesin və gəlir mənbəyinin olması hamı üçün önəmlidir".
Bu sözləri axşam.az-a açıqlamasında müğənni Elvin Abdullayev deyib.
Sənətçi illərdir gizli saxladığı biznesindən söz açıb:
"Kim biznes qurursa, Allah ruzisini bol eləsin. İndi bir çoxları şikayət edirlər ki, toy yoxdur. Eləsi var, mağaza açır, bəzisi avtomobil alveri ilə məşğul olur. Toylar yetərincə var, inşallah, həmişə də olacaq.
Mənim də əlavə biznesim var, həm də çoxdan. Sadəcə, nəyisə açıb, çox danışmağı sevmirəm. Şükür ki, o işimdəm də razıyam, gəlirim də məni qane edir".
"Amsterdam səfəri qüvvədədir. Amma hazırda ondan da önəmli klip ortaya çıxdı. Musiqisi özümə, sözləri Arzu Yahyayevaya məxsus olan mahnını Eyyub Yahyayev aranjman edib. Adını hələ qoymamışıq".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?