GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maqazin » Şou əhli Məhərrəmlikdə nə edir?

Şou əhli Məhərrəmlikdə nə edir?

Tarix: 29-10-2014, 13:16 Bölmə :Maqazin Baxış: 947
Şou əhli Məhərrəmlikdə nə edir?
Bu gün Məhərrəm ayının 4-cü günüdür. Məhərrəmliklə əlaqədar Azərbaycanda şadlıq evlərinin böyük əksəriyyəti fəaliyyətini dondurub. Maraqlıdır, adətən toylardan qazanan şou-biznes nümayəndələri bu ay nə işlə məşğul olurlar?
Lent.az bu sualla Azərbaycan şou-biznesinin tanınmış simalarına üz tutub.

Xalq artisti Səməd Səmədov:
“Məhərrəmlikdə toylar olmur. Toy olmursa, demək qazanc da yoxdur. Biznesim yoxdur. Bütün diqqətimi yaradıcılıq işlərimə yönəltmişəm. Yeni mahnılar hazırlayıram”.

Prodüsser Tolik (Tarix Əliyev):
“Allaha qurban olum, elə ilin 10 ayını qazanırıq. İki ay qazanmasaq da olar. Biz bu iki ayda imamların yasını saxlayırıq. Həm də savab işlər görməyə çalışırıq. Mənim toylardan savayı əlavə gəlir yerim tədbirlər və ad günlərindəndir. Tədbir, ad günü təşkil edib, pulumu qazanıram. Bundan əlavə, bu ayda yeni layihəmiz efirə yayımlanacaq, başım elə həmin proyektə qarışıb”.

Müğənni Nadir Qafarzadə:
“İlin 10 ayını qarışqa kimi tədarük yığıb, məhərrəmlik ayında yeyirəm. Mənim toylardan savayı biznesim yoxdur. Hər zaman məhərrəmlik ayında istirahət edirəm. Daim işləmək olmaz. İstirahətə də vaxt ayırmaq lazımdı. Elə buna görə də bir neçə gün sonra Azərbaycandan kənara istirahətə yollanacam”.

Əməkdar artist Zöhrə Abdullayeva:
“Məhərrəmlikdə nə işlə məşğul oluram? Toylar olmur, dilənirəm. Bir də ki, mən toylara getmirəm. Toylardan qazanmıram. Məni oğlum saxlayır”.

Müğənni Ayan Babakişiyeva:
“Mən yalnız qızımla və sənətimlə məşğul oluram. Qızım olmayan vaxtlarda məhərrəmlikdə ən çox vaxtımı yaradıcılıq işlərimə ayırırdım. Hamı bilir ki, bizim pulumuz toylardan çıxır. Məhərrəmlikdə toy olmur deyə, həmin aylara az qalmış müddətdə pulumu yığıram. Məhərrəmlik ayında da yavaş-yavaş xərcləyirəm. (gülür)

Prodüser Təranə Səmədova:
“Məhərrəmlikdə pulsuz qalmıram. Əlavə biznesim var. Bundan əlavə bildiyiniz kimi “Space” telekanalında aparıcılıq edirəm, stabil maaşım ordandır. Şükür Allaha, pul problemim yoxdur”.

“Toylar kralı” Manaf Ağayev:
“Bizim bütün işlərimiz, gəzməyimiz, mahnı yazdırmağımız məhərrəmlik ayında olur. Açığı 6-7 mahnım var, onu aranjeman etdirəcəm. Daha sonra istirahət edəcəm. Bu aylarda pul qazanmayacam. Gəlirim olmayacaq. Əlavə biznes barəsində isə fikirləşmirəm. Allah səs verib, oxuyub pulumu qazanacam”.

Rəqqasə Fatimə Fətəliyeva:
“Məhərrəmlik gəlib, mən Azərbaycanı tərk edirəm. Yol üstəyəm. Hindistana festivala gedirəm. Bu ay heç bir gəlirim olmayacaq. Bizim qazanc yerimiz toylardır. Aylar ərzində yığdığımız pulları məhərrəmlikdə xərcləyəcəyik”.

Prodüser Rövşən Cəfərov:
“Bizim də müğənnilər kimi işimiz toylardandır. Toylar yoxdursa, diqqətimizi yaradıcılığa yönəldirik. Bir çoxları da bilir ki, mən Səməd Səmədovla çalışıram”.

Kamil Zeynallı:
“Əsasən şou-biznes nümayəndələri toy olmayan vaxtlarda idmana üz tuturlar. El məclisləri olan vaxtlarda bizə müraciət edən məşhurlarımız azlıq təşkil edir. Birdə görürsən ki, gəlirlər məşq eləməyə, 1-2 şəkil çəkib “İnstagram”a qoyur, sonra deyirlər ki, “1-2 günə gələcəyik”. Amma gəlmir. Toylara başları qarışır. Amma toylar olmayanda şou nümayəndələrinin idman zallarına axını olur. İdman zalına gəlməyə vaxtları olmayanlar da var. Məsələn, dostumuz, müğənni Elçin Hüseynov mənə dedi ki, “Kamil zala gəlməyə vaxtım olmur”. Ona idman üçün zəruri olan 1-2 avadanlıq məsləhət gördüm. Hazırda Elçin 25 kilo arıqlayıb”.

Stilist Anar Ağakişiyev:
“Mən indi xaricdəyəm. Amma məhərrəmlikdə bizim işimiz daha da çox olur. Çünki normal günlərdə müğənnilər toylarda olur, klipə, yaradıcı işlərə vaxt ayıra bilmirlər. Məhərrəmlikdə isə yaradıcı işlərə vaxt ayırırlar. Bu məqsədlə isə bizə üz tuturlar. Yəni işlərim çox olur. Digər 10 ayda da işlərim pis olmur. Sadəcə, Məhərrəmlikdə bir az ondan artıq olur”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məhərrəm ayında nələr qadağandır?

    Məhərrəm ayında nələr qadağandır? ...

    13-10-2015, 19:04

  • 
  • Yeni ildə şou əhlinin çıxış qiyməti - SİYAHI

    Yeni ildə şou əhlinin çıxış qiyməti - SİYAHI ...

    25-12-2013, 00:40

  • 
  • Xalq artisti: "Mən olan toyda hər kəs..."

    Xalq artisti: "Mən olan toyda hər ...

    10-02-2016, 14:29

  • 
  • Elvin: "Əlavə biznesim var" - FOTO

    Elvin: "Əlavə biznesim var" - FOTO ...

    6-06-2016, 19:30

  • 
  • Banka borcu olan sənətçilərin adları bilindi (SİYAHI)

    Banka borcu olan sənətçilərin adları bilindi ...

    6-12-2013, 18:11


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu