Əməkdar artist, aparıcı, teleprodüser, aktyor Murad Dadaşov payız aylarında bir neçə yeni televiziya layihəsi ilə efirə qayıdacaq.
M.Dadaşov oxu.az-a müsahibəsində bir müddət efirdə yeni verilişlər təqdim edə bilməməsinin səbəbinin devalvasiya ilə bağlı olduğunu bildirib.
Onun sözlərinə görə, hazırda durğunluq aradan qalxıb, reklamçılar fəallaşıblar və artıq yeni telelayihələrin yayımlanması ilə əlaqədar danışıqlara başlanılıb.
"Bir neçə telekanalla razılaşma əldə etmişik. Payız aylarında həmin televiziyalarda yeni verilişlər yaymlanacaq. Onlardan biri pul ilə bağlı teleoyundur. Bu, dünya formatlı layihədir, artıq lisenziyanı əldə etmişik. Proqramı xarici mütəxəssislərlə birgə həyata keçirəcəyik. Verilişin aparıcısı özüm olacağam. Digərləri isə gecə şousu, teleşoulardır".
Tanınmış aparıcı "Mərc şou"nun yeni formatda ekrana qayıdacağını da vurğulayıb:
"İllərdir sevilən və tələbatlı olan "Mərc şou" ailə formatında yenidən ekranda olacaq. Veriliş bazar günü 2 saat davam edəcək. Proqramı təqdim etmək üçün yeni aparıcılar dəvət edəcəyəm".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?