Primetime.az xəbər verir ki, yaxınlarda dünya evinə girən müğənni Elçin Cəfərov və xanımı Aydan Cəfərova yenə toyları ilə gündəmə gəliblər. Belə ki, müğənni Facebook-da rəsmi hesabından toydan çəkilən bir foto paylaşıb. İzləyicilər tərəfindən maraqla qarşılanan fotoya 2 mindən çox bəyəni və çoxsaylı şərhlər gəlib. Fotoya yazılan maraqlı şərhlərdən biri də Aydanın gəlinliyinin qiyməti olub. İzləyicilərdən biri gəlinliyin qiyməti ilə maraqlanıb, digəri də libasın 8 min AZN-ə olduğunu bildirib. Diqqət çəkən məqamlardan biri də odur ki, müğənni həmin rəyə biganə qalmayaraq, gəlinliyi haradan aldığını qeyd edib.
Adı çəkilən gəlinlik brendinin qiymətləri ilə maraqlandıq. Məlum oldu ki, burada geyinilmiş gəlinliklərin qiyməti 350 AZN-dən, yeni gəlinliklərin qiyməti isə minimum 2000 AZN-dən başlayır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?