Aparıcı-aktyor Şəhriyar Əbilov yenidən efirə qayıdır.
Axşam.az-a açıqlama verən aparıcı şou xarakterli veriliş hazırladığını deyib.
O bildirib ki, zirvədə qalmaq üçün əlindən gələni edir:
"Yaradıcı insanların işi yeniliklər etməkdir. Biz ancaq yeni işlərlə zirvədə qala bilərik. Bir ildir efirdə yoxam. Yeni mövsümə hazırlaşıram. Layihəm var, rəhbərliyin təsdiqini gözləyirəm. Əgər razılaşsalar, efirdə olacam. Əyləncəli bir verilişdir. Dünyada bir kanalda on əyləncə verilişi olur, hamısı da bəyənilir. Əgər veriliş başqasına bənzəyirsə, bu, normaldır.
Televiziya müəllimdir, tamaşaçılar isə şagirddir. Biz tamaşaçının zövqünü dəyişməliyik. Onlara istədiklərini yox, lazım olanı verəcəyik. İnşallah, istədiyimi verə biləcəm.
Verilişlə yanaşı, yeni filmlər də var. Müqaviləyə əsasən, onlarla bağlı geniş danışa bilmərəm".
Kompleksi olmadığını deyən Şəhriyar, lazım gələrsə, saqqalını da rəngləyəcəyini söyləyib:
"Kompleksli deyiləm, amma rəngləmə mənə yaraşmır. Mənə bığ da yaraşmırdı, amma o imic məni tanıtdı. Bir ara film üçün saçımı, saqqalımı rənglədim. Əsas özümə səliqəli görünüm, sonra xanımların xoşuna gəlməyə çalışıram. Xanımlarsız bir günümüz olmasın, mən qadınlar üçün yaşayıram".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?