İki mövsüm efirdən uzaq olan aktrisa Tuba Büyüküstün pərəstişkarlarını sevindirəcək.
Axşam.az-ın Türkiyə KİV-nə istinadən xəbərinə görə, o, bir serial, 3 filmlə geri qayıdır.
Yayda Ferzan Özpetekin ssenarisini yazdığı və rejissorluğunu etdiyi "İstanbul kırmızı" filmində Tuba Neval obrazını canlandırıb. Tuba eyni zamanda həyat yoldaşı Onur Saylakın lentə aldığı "Daha"da çəkilib.
Hiner Saleemin "Dar elbise" filmində baş rolda çəkilən Büyüküstün indi də bir serial üçün kamera qarşısına keçib.
Aktrisanın baş rolda Kıvanç Tatlıtuğla birlikdə çəkiləcəyi "Cesur ve güzel"in çəkilişləri yaxın gündə başlayacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?