"Kokainlə sevgi macərası" filmində intim səhnələrdə rol alan tanınmış teleaparıcı Kseniya Sobçak məsələyə münasibət bildirib.
Teleaparıcı həmin intim səhnələrə çəkildiyi vaxt evli olmadığını qeyd edib.
"O filmdə erotik səhnələr var axı :) rəsmən bəyan etmək istəyirəm ki, bütün bunlar evliliyə qədər olub", - teleaparıcı özünün Twitter mikrobloqunda yazıb.
Qeyd edək ki, Sobçak bu ilin fevral ayında aktyor Maksim Vitorqanla ailə həyatı qurub.
--------- 10:24
Rusiyanın tanınmış teleaparıcısı Kseniya Sobçakın yataq səhnələri "Kinotavr" festivalının iştirakçılarını şoka salıb.
"Kinotavr" kino festivalında qalmaqallı "Kokainlə sevgi macərası" filmi təqdim olunub. "Komsomolskaya Pravda"xəbər verir ki, yazıçı Mixail Ağayevin əsəri əsasında ekranlaşdırılan bu filmi Kseniya Sobçakın pərəstişkarları çoxdan gözləyirdilər.
Filmdə baş rolu prodüser və aktyor İqor Trif oynayıb. Tanınmış teleaparıcı Kseniya Sobçak isə onun sevgilisi obrazını canlandırıb.
Hələ təqdimatdan əvvəl də şaiyələr gəzirdi ki, filmdə K.Sobçakın iştirakı ilə yataq səhnələri var. "Kinotavr"dakı təqdimat da tamaşaçıların gözləntilərini doğrultdu.
Filmdə Sobçakın yataq səhnələri gizli kameralarla görüntülənir. Filmin qəhrəmanlarının yataq otağında gizli kameralar quraşdırılır və onlar sevgi münasibətlərində olarkən görüntülənirlər.
Filmdə Sobçakla bağlı başqa diqqət çəkən məqamlar da olub. Kino tənqidçiləri teleaparıcının həm də yaxşı aktrisa olduğunu qeyd ediblər.
Sorğu
Yeni dizaynımız necədir?