"Son söz" mahnısını oxuyanda 15-20 dəqiqə ağladım. Tək özüm yox, studiyada olan hamını da ağlatdım.
Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Röya Ayxan deyib.
Müğənni "Xəzər maqazin"ə açıqlamasında sevgidən və ayrılıqdan danışıb:
"Mahnı deyirdi, məni oxu, ona görə də oxudum... Hər şeyi içdən yaşayıram - içdən sevirəm, ayrılığı içdən yaşayıram, həyatımda hər şey baş verir. Bu mahnı zamanında köməyimə çatdı".
Qeyd edək ki, "Son söz" mahnısının ilk ifaçısı müğənni Sevda Yahyayeva olub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?