GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maqazin » “Atam səhv diaqnozdan öldü” – Telman Adıgözəlovun oğlu

“Atam səhv diaqnozdan öldü” – Telman Adıgözəlovun oğlu

Tarix: 12-10-2016, 11:48 Bölmə :Maqazin Baxış: 746
“Atam səhv diaqnozdan öldü” – Telman Adıgözəlovun oğlu

Xalq artisti Telman Adıgözəlovun oğlu Tural Adıgözəlov Teleqraf.com-un suallarını cavablandırıb.

-6 ildir ki, Telman Adıgözəlov aramızda yoxdur. Sizin hislərinizi bilmək, sizin dilinizdən atanızı xatırlamaq və xatırlatmaq istərdik.

-Çox sağ olun. Onun haqqında danışmaqdan heç zaman qaçmamışam. Nə vaxt dəvət ediblər, çağırıblar, qəbul edib məmnuniyyətlə suallara cavab vermişəm. Atam zarafatcıl, mehriban, insanlara dəyər verən adam idi. Evdə ata, səhnədə bir aktyor idi. Evdə heç vaxt işdən danışmazdı. Səhnədə nə qədər zarafatcıl, deyib-gülən olsa da həyatda bir o qədər ciddi, mehriban, sadə idi.

İnsanlarla ünsiyyət qurmağı sevirdi. Onun üçün insan faktoru çox önəmliydi. Deyirdi ki, nə qədər dostum, tanışın çox olsa o qədər yaxşıdır. Sevmədiyi insanlarla bir araya gəlmirdi. O insanlar da çox az idi.

-Məşhurluğunu nə vaxt hiss etdiniz?

-Elə uşaqlıqdan... Atamla harasa gedəndə hamı onu tanıyırdı, görüşürdü, söhbətləşirdi.

-Heç məktəbdə atanıza görə sizə güzəşt olub?

-(gülür) Yox, xüsusi güzəştlərim olmayıb. Amma bir-iki dəfə nəsə ola bilərdi.

-Məşhurların övladları adətən dəcəl, kaprizli olurlar. Sualı elə-belə vermədim.

-Yox, mən dəcəl deyildim. Yadımdadır ki, aşağı siniflərdə atam məni məktəbə aparardı, amma yuxarı siniflərdə özüm gedirdim. Elə şərait yaratmırdım ki, atam mənə görə məktəbə gəlsin, tənbeh götürsün.

-Telman bəyin ailəcanlılığı həmişə hiss olunurdu. Çox az aktyorlar belə ailəcanlı olur.

-Atam çox ailəcanlı idi. İşləri çox idi, amma ailəsinə maksimum vaxt ayırardı. Ata tərəfdən heç vaxt korluq çəkməmişik. Bir az asqıranda, öskürəndə xəstələnməyimizdən narahat olurdu, həkimə aparırdı. Bizi hər altı aydan bir həkimə aparıb, yoxlatdırırdı. Özü də deyirdi ki, nə edirəmsə, ailəm üçün edirəm.

“Həkimin xofu canında qalmışdı”

-Onun haqqında çox qəribə və təzadlı şaiyələr gəzir. Məsələn, bəziləri deyir, o çox korluq çəkib, bəziləri isə biznesi olduğunu deyir.

-Yazılanların hamısıyla tanışam. Guya deyirdilər ki, atamın imkanı olmadığına görə dişlərini müalicə etmək istəməyib. (gülür) Ailəmiz həmişə orta səviyyədə dolanıb, yəni korluq çəkməmişik.

Dişlərini də xofu olduğuna görə müalicə etdirməyib. Bir dəfə həkimə gedib, iynəni düz vurmayıblar, boğazı şişib, az qala boğulurmuş. Ona görə böyük stress yaşayıb və elə sonralar da diş həkiminin xofu canında qalmışdı. Deyirdi qızım diş həkimi olacaq və mənim dişlərimi düzəldəcək. Bacım diş həkimliyini bitirdi, öz sahəsində püxtələşdi, amma atam heç onda da gedib dişlərini düzəltdirmədi.

-Bəs bununla bağlı narahatlıq keçirmirdi?

-Axır vaxtlar deyirdi ki, artıq bu vəziyyətə öyrəşmişəm. Bunu da yəqin həkimə getməməyin dərdindən deyirdi.

“Olsaydı, deyərdim”

-Həmişə fikirləşirdim ki, aktyorlar toylarda tamadalıq etməyə sadəcə məcburiyyətdən gedirlər. Amma bir dəfə Əjdər Həmidov söhbət əsnasında dedi ki, toylara çağrılmadığım gün faciəm başlanacaq. Çağırılıramsa, deməli, sevilirəm, tələb olunuram.

-Atam o işi sevmirdi, sadəcə məcburiyyətdən, gəlir xatirinə edirdi. Teatrda maaşlar çox aşağı idi, ona görə buna məcbur idi. Amma 50 yaşından sonra daha toylara az-az gedirdi. Deyirdi çox yoruluram, başım ağrıyır.

-Sizi tamaşalara aparırdı?

-Həmişə. Mən bütün tamaşaların səhnə arxasında gəzərdim. Bufetdə oturardıq, aktyorlar ora yığışırdı. Premyeralara da ailəvi gedərdik. Ondan başqa “Kino klub” verilişinin çəkilişlərində də iştirak edərdim.

-Tural bəy, atanızın bu sənətdən getmək istədiyi anları olub? Getsəydi, xüsusi qabiliyyəti olduğunu başqa peşə vardımı?

-Teatrdan ayrılmaq istəyi olmayıb. Bu sənəti çox sevirdi. Onu başqa peşədə təsəvvür etmək çətindir. Amma atam çox gözəl rəqs etməyi bacarırdı. Çünki gənclikdə uzun müddət rəqslə məşğul olub. Hətta ansambla çıxış edib. İkinci sahə kimi rəqsi deyə bilərəm, amma biznesi olmayıb. O işi bacarmayıb.

-İstəyi olub?

-Təklif ediləndə deyirdi ki, o işi bacarmıram, ona nə vaxtım, nə də səbrim var.

-Amma deyirdilər Telman Adıgözəlovun qızıl dükanı var.

-Səhv məlumatdır. Olsaydı, deyərdim.

-Tural bəy, atanızın ən çox yadınızda qalan məsləhəti, sözü hansıdır?

-Çox məsləhətləri olub, amma hər zaman xatırladığım bir sözü var. Deyirdi insanlara söz verdinsə onu mütləq yerinə yetir. Kişi verdiyi sözün ağası olar.

“Qısqanc kişilərdən idi”

-Ananıza qarşı qısqanc olub deyəsən. Çox yerə getməyə qoymurmuş. Hətta işləməyə belə...

-Yox, işləməyə icazə verirdi. Anam bağçada müəllimə işləyirdi. Sadəcə atam bir az qısqanc kişilərdən idi. Anamı neçə dəfə bağçaya müdirə qoymaq istəyirdilər, amma atam istəmədi. Deyirdi sən bütün gün işdə olacaqsan, yorulacaqsan. Atam ailəsinə qarşı çox diqqətcil və qapalıydır. Neçə dəfələrlə bizi ailəlikcə çəkmək istəyirdilər, amma atam razılıq vermirdi. Anamdan müsahibə götürmək istəyən jurnalistlərə deyirdi oğlum danışa bilər, amma yoldaşım yox.

-Ananız hələ də müsahibə vermir.

-Elədir. Atam sağlığında istəmirdi, indi də anam onun istəmədiyi şeyi etmək istəmir.

-Sizə, bacınıza qarşı da qadağası vardı?

-Sənət baxımından heç vaxt qadağası olmayıb. Oğlu olaraq mənə əsas qadağası içkiylə bağlıydı. Atam toylara getdiyinə görə çox adam elə bilirdi ki, içki içib. Amma atam heç vaxt içməyib. Yalnız siqaret çəkirdi. Bəzən deyirdilər axı atanı içərkən görmüşük. Çünki atam məclisə görə əlinə bakal alıb, tutuşdururdu, amma içmirdi. Mənə də deyirdi səni içən görməyim. Yaxın dostları bunu təsdiqləyə bilər.

-Ananızla tanışlığı haqda danışmağınızı istəyirəm. Qohum idilər?

-Qohum yox, Balakəndə qonşu olublar. Anam da balakənlidir. Atamgil əslən ordubadlı olsalar da köç zamanı Balakəndə məskunlaşıblar. Atam Balakəndə anadan olub. Balakənin rütübətli havası atama düşmədi. Uşaq vaxtı ona soyuq dəyib, qolundakı yara irinləyib, həkim də deyib ki, burda qala bilməz. Balakəndə qalsa uşağın qolu çürüyə bilər. Ona görə məcbur olub Bakıya köçüblər. O yaranın izi həmişə qaldı, onun sol qolunda dəri sümüyə yapışmışdı.

Atam 30 yaşında anamla ailə qurdu. O vaxt üçün bu yaş gec idi. Elə həmişə də deyirdi gec evlənmişəm. Qonşu olduqlarına görə uşaqlıqdan bir-birlərini tanıyırdılar. Anam təbiətcə çox sakit qadındır. Atamın sözündən çıxmazdı.

-Telman bəyin qısqanclığını dediniz, bəs ananız onu qısqanmayıb?

-Səhnədə və çəkilişlərdə olanları sənət kimi qəbul edirdi, ona görə qısqanmırdı.

“...Ölümünü hiss edirmiş”

-Deyirlər ölümü də əvvəldən hiss etmək olurmuş. Özü hiss etmişdimi?

-Biz hiss etməmişik. Hətta mən ümumiyyətlə... Atamın sonuncu çəkilişi “Kino klub” verilişində olub. Verilişin sonunda atamın bir kadrı var: orda həmişəlik vidalaşan bir adam kimi danışır və ən sonda əli ilə hamıyla sağollaşır. Çox qəribə kadrdır.

Bir də Fatmayidə bağ qonşumuz deyirdi vəfatından iki gün öncə ora gedib, onlara baş çəkib. Dediyinə görə, bir az söhbət edib və sonda atam onunla sanki vidalaşırmış kimi sağollaşıb, ayrılıb.

Bəlkə də ölümünü hiss edirmiş. Amma yenə deyirəm, ailəsi olaraq bizə hiss etdirməyib.

-Doğrudur ki, Telman bəyin ölümünə səbəb düzgün diaqnozun qoyulmaması olub?

-Bəli. Atam mikroinfakt keçirmişdi. Həkimə gedib, düzgün diaqnoz qoymayıblar. Deyiblər belində duz var, ona uyğun da müalicə yazıblar. Altı ay sonra yenidən infarkt oldu. Ürək damarlarının tıxanması baş verdi və bu dəfə ürək fəaliyyətini dayandırdı.

-Hacı İsmayılov deyirdi Telman 57 rəqəmindən qorxurmuş. Deyəsən, maşının nömrəsini də buna görə dəyişib.

-O lap köhnə maşınının nömrəsi idi. Amma 57 rəqəmiylə bağlı bir söz deyə bilmərəm, çünki hiss etməmişəm. Onu bilirəm ki, doğum günlərində həmişə kövrək olurdu. Görünür, yaşının üzərinə yaş gəlməsindən qorxurmuş.

“Dükanın sahibi gəldi, dedi ki...”

-Telman bəyi qalstuk-kostyumsuz təsəvvür etmək qeyri-mümkündür. Bilirəm ki, geyim ən həssas yeriymiş. Özü də brend markaların geyimlərini sevirdi. Bakıdan alırdı?

-Ən çox Bakıdan alırdı. Xarici ölkəyə də gedəndə alıb gətirirdi. O brend markalı kostyumların birinci müştərisi idi. Hətta rəhmətə gedəndən sonra bir brend dükanın sahibi evə gəlib, bizə pul verdi, dedi Telman bir kostyum üçün beh qoyubmuş. O qədər qalstuk, ayaqqabı, köynək, kostyum alırdı ki, evdə onların əlindən tərpənmək olmurdu. (gülür)

-Bir müsahibənizdə demisiniz ki, əsgərliyə gətirdiyi sovqatı geri göndərdiyinizə görə peşman olmusunuz. Sizdən çoxmu incimişdi?

-Mən Milli Qvardiyada qulluq etmişəm. Atamı hamı tanıyırdı deyə ora çox gəlməsini istəmirdim. Doğrudur, orda heç kəsə ayrıseçkilik qoyulmur. Amma yenə də tez-tez gəlməsinin əleyhinə idim. Gələndə də nə gətirəcəyi ilə bağlı mənimlə məsləhətləşərdi.

Yadımdadır ki, yeni il bayramı idi, qar yağmışdı, yanıma gəldi, məndən xəbərsiz sovqat da gətirmişdi. O sovqatı bölüyün içinə aparmağı özümə sığışdırmadım. Ona görə geri göndərdim.

Mənə heç nə bildirmədi, amma yəqin ki, incidi. Çünki heç nə demədi. Halbuki o sovqatı götürə bilərdim. Gərək qaytarmayaydım.

“Cavanlıq etdim, tələsdim”

-Tural bəy, atanızın qəbirüstünün düzəldilməməsiylə bağlı Mədəniyyət və Turizm Nazirliyi ilə aranızda gərginlik yaşanmışdı. İndi vəziyyət necədir?

-O məsələdən sonra bir də üz-üzə gəlmədik. İnciklik deyəndə ki, adamın Allahı var, qəbirüstünü düzəltdilər, yas mərasimini də dövlət etdi. İncikliyimiz Fəxri Xiyaban və vida mərasiminin keçirilməməsi oldu. Bunu bizə təklif etməmişdilər.

-Amma xatırladığım qədər qəbirüstünün düzəldilməməsiylə bağlı narahatlığını mətbuata açıqlamışdınız.

-O məsələdə mən cavanlıq etdim. Tələsdim. Heç atamın 40 günü olmamış, artıq qəbirüstü hazır idi.

“Oğlum böyüdükcə atama bənzəyir”

-Telman bəy övladlarının toyunu və nəvələrini görmədi. Neçə nəvəsi var?

-Üç. Mənim bir oğlum, bir qızım, bacımın isə bir qızı var.

-Oğlunuzun adını Telman qoymusunuz. Şəkillərdən gördüyüm qədər elə atanızın uşaqlığına oxşayır. Atanızı balaca Telmanın simasında görmək necə bir hissdir?

-Atam aprel ayında dünyasını dəyişib, oğlumsa o ayda doğulub. Atamın adını qoyduq, amma böyüdükcə elə ona bənzəməyə başladı...

Nərmin Muradova

“Atam səhv diaqnozdan öldü” – Telman Adıgözəlovun oğlu
“Atam səhv diaqnozdan öldü” – Telman Adıgözəlovun oğlu
“Atam səhv diaqnozdan öldü” – Telman Adıgözəlovun oğlu
“Atam səhv diaqnozdan öldü” – Telman Adıgözəlovun oğlu
“Atam səhv diaqnozdan öldü” – Telman Adıgözəlovun oğlu
“Atam səhv diaqnozdan öldü” – Telman Adıgözəlovun oğlu
“Atam səhv diaqnozdan öldü” – Telman Adıgözəlovun oğlu
“Atam səhv diaqnozdan öldü” – Telman Adıgözəlovun oğlu
“Atam səhv diaqnozdan öldü” – Telman Adıgözəlovun oğlu
“Atam səhv diaqnozdan öldü” – Telman Adıgözəlovun oğlu
“Atam səhv diaqnozdan öldü” – Telman Adıgözəlovun oğlu
“Atam səhv diaqnozdan öldü” – Telman Adıgözəlovun oğlu
“Atam səhv diaqnozdan öldü” – Telman Adıgözəlovun oğlu
“Atam səhv diaqnozdan öldü” – Telman Adıgözəlovun oğlu
“Atam səhv diaqnozdan öldü” – Telman Adıgözəlovun oğlu
“Atam səhv diaqnozdan öldü” – Telman Adıgözəlovun oğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Oğlundan Eldəniz Zeynalovla bağlı tükürpədən FAKT: “Öləndən sonra balışının altından…” – MÜSAHİBƏ

    Oğlundan Eldəniz Zeynalovla bağlı tükürpədən ...

    5-11-2015, 18:15

  • 
  • Xalq artisti: "Atam müğənni olmağımı istəmirdi"

    Xalq artisti: "Atam müğənni olmağımı ...

    15-11-2015, 13:29

  • 
  • Nazənin Lənkəranskinin ölümündən danışdı: “Elə bil balamı itirmişəm”

    Nazənin Lənkəranskinin ölümündən danışdı: “Elə ...

    19-08-2016, 21:07

  • 
  • Telman İsmayılov rusiyalı müğənniyə villa hədiyyə etdi

    Telman İsmayılov rusiyalı müğənniyə villa hədiyyə ...

    18-10-2013, 12:50

  • 
  • Məleykə Əsədova: "Acından ürəyim getdi..."

    Məleykə Əsədova: "Acından ürəyim ...

    2-01-2016, 19:18


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu