GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Oğlundan Eldəniz Zeynalovla bağlı tükürpədən FAKT: “Öləndən sonra balışının altından…” – MÜSAHİBƏ

Oğlundan Eldəniz Zeynalovla bağlı tükürpədən FAKT: “Öləndən sonra balışının altından…” – MÜSAHİBƏ

Tarix: 5-11-2015, 18:15 Bölmə :Ölkə Baxış: 0
Oğlundan Eldəniz Zeynalovla bağlı tükürpədən FAKT: “Öləndən sonra balışının altından…” – MÜSAHİBƏ

Onun kinoda ilk böyük rolu “Bir cənub şəhərində” filmindəki Tofiq obrazı olub. Elə yaratdığı obrazlar arasında ən çox sevdiyi də məhz Tofiq idi. Xalq artisti, sevilən aktyor Eldəniz Zeynalovu xatırlayacağıq xatirə günündə.



O “Əhməd haradadır?” musiqili kinokomediyasında rəngsaz Əhməd, “O qızı tapın”da Səyavuş, “Mən nəğmə qoşuram”da sədr, “Qızıl uçurum”da Nuru bəy, “Bizim Cəbiş müəllim”də alverçi Qulam, “Yeddi oğul istərəm”də kəndli Kazım, “Həyat bizi sınayır”da Məsi, “Yol əhvalatı”nda şikayətçi, “Babamın babasının babası”nda həkim kimi yadımızda qalıb.



Yaratdığı obrazlarla xatırladığımız aktyoru ölümündən 13 il sonra oğlu Elbrus Zeynalov necə xatırlayır?



Publika.az həmin müsahibəni təqdim edir.



– Hansı məqamlarda atanızın yoxluğunu daha çox hiss edirsiniz?

– Yaş üstünə yaş gəlsə də, övladın ataya həmişə ehtiyacı olur. Onun yoxluğunu hər addımda hiss edirəm. Atam çox zarafatcıl, yumoru sevən insan idi. Kədərini də zarafata çevirirdi. Münaqişə sevən adam deyildi, küsülü qalmağı xoşlamazdı. Heç başqalarının da küsülü qalmasına imkan vermirdi. O qədər ailələr olub ki, ayrılmaq ərəfəsində atam onları barışdırıb.



– Bir ata, ailə başçısı, ər kimi necə idi – sərt, yoxsa mülayim?

– Bizə yaxşı ata və anama da gözəl həyat yoldaşı olub. Daxilən həlim insan idi, amma əsəbiləşməyi də vardı. Bir sözünü iki eləməyimizdən xoşu gəlmirdi. O dəqiqə hirslənirdi. Elə biz də onunla hər zaman pərdəli dolanırdıq. Tələbkar insan idi.



– Bir ata kimi sizə əsas nəsihəti nə olurdı?

– Deyirdi ki, hansı peşədə olursunuzsa-olun, amma pulunuzu halal yolla qazanın. Atam təmiz adam idi, haramı sevməzdi.



– İstədiyi, amma oynaya bilmədiyi rollar qaldı?

– Hamleti oynamaq istəyib, amma olmadı. Cavan yaşlarında qismət olmadı, sonra isə yaşı uyğun gəlmədi. Söz yox ki, yaşlı vaxtında Hamleti oynayan aktyorlarımız da olub.



– Bəs ən çox hansı rolunu sevirdi?

– “Bir cənub şəhərində” filmindəki Tofiqi. Həmişə o film haqqında ürəkdolusu danışırdı, çəkiliş zamanı başına gələn hadisələri nəql edib gülürdü.



– Bəlkə onun nəql elədiklərindən bizə də danışasınız…

– Deyirdi ki, o vaxtlar mentalitetə zidd olan hərəkətlər yaxşı qarşılanmayıb. “Bir cənub şəhərində” filminə çəkilərkən atam rejissorun təkidi ilə qızı qucaqlamalıymış. Amma aktrisa buna razılıq verməyib. Rejissor israr edib ki, bu kadr hökmən alınmalıdır. Belə olan halda atam rejissora deyib ki, narahat olma, işıqları söndür, mən onu qəfildən qucaqlayacam. Belə də ediblər. Atam işıqlar sönən kimi qızı necə qucaqlayıbsa, qız başlayıb qışqırmağa. Rejissor göstəriş verib ki, çəkin. O filmdəki kadr yalançı kadr deyil, doğrudan da, qız çığır-bağır edir, atamın üstünə qışqırır.



– Bildiyimizə görə, Eldəniz Zeynalov at minməkdən qorxduğu üçün bir çox filmlərdən imtina edib…

– “Yeddi oğul istərəm” filmində Mirpaşa əvvəl ona həvalə edilmişdi. Rejissor atamın atdan qorxduğunu eşidəndə rolu başqasına verdi. Bir neçə filmdə də belə olub.



– Başqa hansı fobiyaları vardı?

– Fobiya deyəndə ki, ekstrimləri heç sevmirdi. Çətinə düşəcəyi filmlərdən imtina edirdi.



– Böyük aktyorlar həm də kaprizli olur. Eldəniz Zeynalov necə idi, rejissorun dediyini istəməsə də eləyirdi, yoxsa?

– Atam özünə hörmət edən adam idi, heç kimdən söz götürməzdi. Bu xasiyyətinə görə bir neçə filmi yarımçıq da qoymuşdu.



– Hansı filmləri?

– Məsələn, “Bağ mövsümü” filmində axıracan çəkilməyib.



– Niyə, nə xoşuna gəlməmişdi ki?

– O xoşlamırdı rejissor çəkiliş zamanı desin ki, burda yox, orda otur, yaxud da belə yox, elə elə. Sözü həmişə keçirdi, söz götürmürdü. Hətta bir müddət elə oldu ki, atam heç bir filmə çəkilmək istəmədi. Yadımdadır ki, dostları, rejissorlar ona zəng edirdilər ki, gəl filmə çəkil. Amma o etiraz edirdi. Elə buna görə də çox vaxt epizodlara çəkilirdi.



– Niyə çəkilmək istəmirdi ki?

– Nə bilim. Bir müddət belə oldu. Sonra inadı buraxıb dəvətləri qəbul etdi.



– Bəlkə kimdənsə incidiyi üçün belə edirdi?

– Ümumiyyətlə, o, tez inciyən adam idi, amma küsülü qalmazdı.



– Doğrudurmu ki, Eldənizin adını şair Səməd Vurğun qoyub?

– Bəli. Səməd Vurğun babamgillə qonşu olan dostu Abdulla Şaiqgilə tez-tez gəlib-gedərmiş. Yeni ilqabağı yenə yığışıblar. Həmin vaxt xəbər gəlib ki, qonşu Məmməd kişinin oğlu olub. Səməd Vurğun deyib ki, mən onun adını Eldəniz qoyuram. Onu da deyim ki, atam məşhur aktyor Həsənağa Salayevin bacısı oğlu idi və onun aktyor olmasında da dayısının təsiri vardı.



– Əyləncəsi, hobbisi vardımı?

– Əntiq əşyalar – kəhrəba təsbehlər, marka, müştük, brelok, suvenirlər toplayardı. İndi onların hamısını evdə saxlayırıq. Futbol azarkeşi idi. “Neftçi” komandasına azarkeşlik edirdi.



– Bəs geyim-kecimi xoşlayırdı?

– Bir dəfə də olsun, onun əynində ütüsüz paltar görməzdik. Atam səliqəli və şıq geyinirdi. Özü də evdə çöl-bayır paltarını geyinməzdi. Evə gəlib paltarını dəyişmədən süfrə arxasında oturmazdı.



– Evdə də elə şirin ləhcə ilə danışırdı?

– O filmlərdəki obrazlarının dili ilə danışmağı xoşlayırdı. Dostları ilə çox vaxt zarafatyana, obrazların dili ilə “qədeş” kimi danışırdı.



– Həmkarları arasında onun paxıllığını çəkənlər vardı?

– Belə şeylərə fikir verməzdi. O, özünə dəyər verən adam idi. Əsl şəxsiyyət idi.



– Onu özündən nə çıxara bilərdi?

– Haqsızlıq. Tək özünə qarşı yox e, ətrafdakı insanlara qarşı da bir haqsızlıq görəndə əsəbiləşirdi, dərhal onun müdafiəsinə qalxırdı.



– Deyilənə görə, dünyadan köçdüyü gün balışının altına məktub yazıb qoyubmuş…

– Hə, bir kağız parçasına yazmışdı ki, mən həyatda olmayanda uşaqlarımı sizə əmanət edirəm.



– Kimə yazmışdı?

– Yaxın dostu Telman Adıgözəlov və Mikayıl Mirzəyə.



– Dostları vəsiyyətinə əməl etdilər?

– Hərənin öz ailəsi vardı. Atam bizim taleyimizdən çox nigaran idi, ona görə belə yazıbmış.



– Hansı xəstəlikdən dünyasını dəyişdi?

– Yazırlar ki, guya atamın qaraciyərində sirroz olub, ürək və şəkər xəstəliyindən dünyasını dəyişib. Əslində, atamın ölüm səbəbi başqa idi. Həkimlərin günahı üzündən öldü. Yıxılanda budu sınmışdı. Əməliyyat zamanı etdikləri səhv ayağında damar problemləri yaratmışdı. Drellə ayağını deşmişdilər, bu ağrını gözümün önündə yaşadı. Hətta huşumu da itirdim.



– Son anda nə dedi?

– Heç nə. Gecəyarısı onun yatdığı otaqdan səs-küy eşitdim. Otağa keçəndə gördüm ki, atam dünyasını dəyişib. O anı xatırlamaq mənə ağırdır. Atam ekstrimlərdən həmişə qaçırdı, amma elə yıxılaraq ölümünü tezləşdirdi.



– Heç yuxunuza girir?

– Dünyasını dəyişən ərəfədə çox fikir edirdim, yuxuma da tez-tez girirdi.



– Yuxuda necə görürdünüz?

– Mənə deyirdi ki, narahat olma, hər şey yaxşı olacaq.



– Arzuları vardı?

– Arzuları bizimlə bağlı idi. İstəyirdi bizi evləndirsin, toyumuzu görsün. Hətta nişanlı olmaya-olmaya bizim toy dəvətnamələrimiz barədə düşünürdü, siyahı tuturdu ki, filankəsləri toya çağıracam. Qismət olmadı.



– Ölümündən sonra da olsa, arzuları reallaşdı?

– İki qardaşıq, bir bacımız var. Mən də, qardaşım da evlənmişik.



– Yəqin ki, ruhu şaddır…
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Xalq artisti reanimasiyaya yerləşdirildi

    Xalq artisti reanimasiyaya yerləşdirildi ...

    8-02-2016, 14:34

  • 
  • Qorxduğu üçün roldan imtina etdi, günlərlə huşsuz qaldı, son məktubunda Telman Adıgözəlovdan nə istədi?

    Qorxduğu üçün roldan imtina etdi, günlərlə huşsuz ...

    16-01-2023, 15:03

  • 
  • Səhnəmizin Səyavuşu... - ANIM

    Səhnəmizin Səyavuşu... - ANIM ...

    27-06-2022, 14:54

  • 
  • Ölümündən sonra “İsmayıl”ın cibindən nə tapılmışdı?

    Ölümündən sonra “İsmayıl”ın cibindən nə ...

    20-01-2018, 11:30

  • 
  • Xalq artisti iflic oldu

    Xalq artisti iflic oldu ...

    2-07-2013, 17:28


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu