GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maqazin » Əli Mirəliyevə futboldan sual verəndə...

Əli Mirəliyevə futboldan sual verəndə...

Tarix: 3-11-2016, 14:09 Bölmə :Maqazin Baxış: 619
Əli Mirəliyevə futboldan sual verəndə...

gundemxeber.az tanınmış müğənni Əli Mirəliyevin apasport.az-a müsahibəsini təqdim edir:

- "Qarabağ" və "Qəbələ" bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyunlarını keçirəcəklər. Komandalarımızdan nə gözləyirsiniz?
- Heç nə. Bizdə hələ futbol yoxdur. Biz bu idman növünü oynamağa hazır deyilik. Vaxt gələcək, Qarabağı alacağıq, amma futbol oynaya bilməyəcəyik. Futbol elə-belə oyun deyil, qeyrətdir. Futbolda irəli getmək istəyirsənsə, uşaq futbolunun güclü olmalıdır. 30 uşaqdan 1 nəfər futbolçu ola, ya olmaya. Dünya futbolu göz önündədir. Ulduz futbolçular, böyük klublar necə oynayırlar? Biz onların elədiklərini təkrarlaya bilərikmi? Əlbəttə ki, xeyr. Bizim uşaqlar meydanda 20 dəqiqədən çox qaça bilmirlər, yorulurlar. Çünki fiziki gücləri, 90 dəqiqəlik dözümləri yoxdur. Bunları uşaqlıqdan öyrətmək lazımdır. Futbolçu başdan sona qədər işləməli, ağılla oynamalı, kimə ötürmə vermək lazım olduğunu bilməlidir. Bizimkilər topu haraya gəldi vururlar. Belə futbol olmur. Yaxın 10-15 ildə bizdə futbolun olacağına ağlım kəsmir.

- Ancaq nəzərə alın ki, "Qarabağ" qrupda 4 xal toplayıb və növbəti mərhələyə vəsiqə qazana bilər...
- Mənim millətimin komandasıdır, təki mərhələ keçsin. Amma tutaq ki, birtəhər qrupdan çıxdı. Futboldur da, rəqib vura bilmədi, bunlar vurub, qələbə qazandılar. Bəs növbəti mərhələdə nə edə biləcək? Oradakı komandalarla ayaqlaşa bilməyəcək axı. Futbolumuzda perspektiv, baza yoxdur. Gedib ordan-burdan "otxod" futbolçular gətiriblər. Hamısını apar tulla. Yaxşı futbolçu olsaydılar, xaricdə oynayardılar da, buraya niyə gəlirdilər?

- Ancaq ictimaiyyət Azərbaycan futbolunun son illər inkişafda olduğu qənaətindədir. Çünki klublarımız Avrokubokda qrupa düşürlər, millimiz uğurlu çıxış etməyə başlayıb. Sizi pessimist olmağa nə vadar edir?
- Yalandan milləti aldadırlar. Nəsə deməlidirlər də. Verilişlərə baxıram, hakimlərin səhvləri müzakirə olunur. Ay kişi, gedin, 11 uşaq tapın oynatmağa. Hakimləri ortaya atmayın, özünüzdən danışın. Mən uşaqlıqdan futbolla yaşamışam, bu idman növünü sevirəm. Amma Azərbaycan futbolunda inkişaf görmürəm. Olmayan şey haqda necə yalandan danışım? İnanın, hərdən Avropada komandalarımızın qapısına qol vurulanda ağlayıram. Bunu heç yerdə demirəm. Axı azərbaycanlıyam, millətimin komandası oynayır. Amma bu sahədə bir irəliləyiş görmürəm. 1-2 oyunda qələbə qazanmaqla inkişaf olmur. Adicə Arda Turan səviyyəsində oyunçumuz yoxdur. Almaniyadan, Fransadan gələnləri demirəm, azərbaycanlı olsun. Qaradərili futbolçuları yığıb gətirirlər. Kimə lazımdır onlar? İspanlarda, italyanlarda qəşəng oğlanlar var, gedib oradan gətirsinlər də. Qaradərililər fiziki cəhətdən güclü olurlar axı. Amma təkcə bununla futbolçu olmur.

- Milli komandamız dünya çempionatının seçmə mərhələsinə yaxşı start götürüb və 3 oyunda 7 xal toplayıb. Bunu da uğur saymırsınız?
- Nə olsun. Yığmada o qədər milliləşən var ki. Bu, uğurdan yox, Azərbaycanda futbolun olmamağından xəbər verir. İnkişaf o zaman olar ki, hamısı mənim millətimin balası olar. Ordan-burdan tapıb gətirdikləri mənim millətimin nümayəndəsi deyil. Bayaq da dediyim kimi, problemin kökü uşaq futbolundadır. Uşaqları xaricə yollamaq lazımdır. Onlar gedib oradakı futbol ab-havasında böyüməlidirlər. İnanın ki, yeniyetmələrimiz xaricə getsələr, böyüyəndə bizim millini seçməyəcəklər. Buna görə də göndərmirlər. Keçmişdə bizim uşaqların çoxu Rusiya futbol məktəbində öyrənirdilər. Buna görə də Səməd Qurbanov, Maşallah Əhmədov, Anatoli Banişevski, Kazbek Tuayev, Vladimir Bruxti, Tofiq Axundov kimi böyük futbolçular üzə çıxmışdı. Həmin vaxt rəqabət var idi. İndi "Qarabağ"da 5-6 yerli oyunçu var. Amma baxırsan, "Neftçi"də və digərlərində ordan-burdan gələnlərdir. Sənin azərbaycanlı futbolçun yoxdur bəyəm? Var, sadəcə, yetişdirmək lazımdır. Muğam müsabiqəsi uzun illər bütün rayonları əhatə etdi. Gözəl səsi olan uşaqlar üzə çıxdı. Futbol da eyni ilə belədir. Hər rayondan, regiondan seçmək, onlara yaxşı təlim keçmək lazımdır.

- Hansısa komandamızın oyununa baxmağa getmisiniz?
- Oyunlara getmirəm. Bu futbolçular hazır deyillərsə, oynaya bilmirlərsə, gedib əsəbləşim? Mənim bildiyim, istədiyim futbolu göstərə bilmirlər. Yalandan çıxıb televiziyada camaatı aldatmaq lazım deyil. Futbol Azərbaycanda yoxdur, vəssalam.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Pul az olsa, şişirdilmiş maaşlar da olmayacaq"

    "Pul az olsa, şişirdilmiş maaşlar da ...

    24-01-2016, 13:02

  • 
  • Rusiyada azərbaycanlı futbolçu oyun zamanı hakimi vurdu

    Rusiyada azərbaycanlı futbolçu oyun zamanı hakimi ...

    6-11-2015, 01:57

  • 
  • Ronaldo Gürcüstanda futbol akademiyasının açılışını edib

    Ronaldo Gürcüstanda futbol akademiyasının ...

    7-07-2013, 22:31

  • 
  • Futbolçu oyun zamanı həbs edildi (VİDEO)

    Futbolçu oyun zamanı həbs edildi (VİDEO) ...

    14-06-2013, 03:54

  • 
  • Tale Heydərovun futbol klubunda biabırçılıq

    Tale Heydərovun futbol klubunda biabırçılıq ...

    4-12-2012, 12:06


Təqvim

«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arxiv xəbərlər

May 2025 (170)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1091)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu