Amerikalı aktyor Val Kilmer həyatının son günlərini yaşayır.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə aktyora yaxın mənbə bildirib.
Onun sözlərinə əsasən, bu ayın sonunda 57 yaşı nı qeyd edəcək Val ağır xəstəlikdən əziyyət çəkir. Həkimlərin ona yaşamaq üçün bir neçə həftə vaxt qoyduğu iddia olunur.
Kilmer özü hər kəsə yaxşı olduğunu desə də, amma vəziyyətinin get-gedə pisləşdiyi bildirilir.
Qeyd edək ki, bir müddət əvvəl Valın yaxın dostu, aktyor Maykl Duqlas onun qırtlaq xərçənginə tutulduğunu söyləyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?