"Mən heç kim ilə küsülü deyiləm. Sadəcə olaraq mənim münasibətim olmadığı insanlar var. Gedib yanına, güclə əlindən tutub, yanıma gətirən deyiləm ki, gəl mənimlə münasibət qur".
gundemxeber.az big.az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Abbas Bağırov "ATV maqazin onlarla" verilişində deyib. Müğənni Yaşar Cəlilov bir müddət əvvəl müsahibəsin A.Bağırovun ondan küsdüyünü bildirmişdi. Sənətçi buna da münasibət bildirib:
"Ciddi bir problem yoxdur, yalan nə deyim ki? Arada görüşürük də. Nə vaxtsa nəsə olub, amma yadıma gəlmir. Əgər yadıma düşmürsə, deməli, boş bir şey olub".
Sorğu
Yeni dizaynımız necədir?