«Qaranlığın Əlli Tonu» filminin baş rol oyunçusu Dakota Conson çəkildiyi erotik səhnələrdən danışıb.
Missiya.Az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa digər baş rol oyunçusu Cemi Dortonla yaxın dost olduqları üçün açıq-saçıq səhnələrdə çətinlik çəkmədiyini deyib.
«Bizim özümüzü rahat hiss etməyimiz üçün hər cür şərait yaradılıb. Çəkilişlərdən əvvəl bir qədəh viski işimizi asanlaşdırır».
Aktrisa ailəsinin çəkildiyi açıq-saçıq səhnələrə münasibətindən də danışıb. "Ailəm seçdiyim layihələrə qarışmırlar və çəkildiyim səhnələri izləmək istəyirlər. Amma bu filmi izləmələrini istəmirəm. Onlar üçün uyğun deyil".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?