Telekanal rəsmisi reanimasiyada müalicə olunan kişinin müalicəsinin davam etdiyini bildirib
2 gündür Sevil və Sevinc Səfərovalar "Xəzər" telekanalında aparıcısı olduğu "Hər şey daxil" verilişində efirə çıxmır. Buna səbəb isə əkiz bacıların ötən gün avtomobil idarə edərkən yol ilə hərəkət edən 87 yaşlı piyadanı vurması olub. Aldığı ağır xəsarətdən ağsaqqal 2 gündür reanimasiyadadır.
Əkiz bacıların 2 gündür efirdə görünməməsi onların telekanaldan uzaqlaşdırılması haqda söz-söhbətə səbəb olub.
İstiPress "Xəzər" telekanalının Musiqili Departamentinin rəhbəri Kənan Bayramov ilə əlaqə saxlayıb. O, əkizlərin icazəli olduğunu bildirib:
"Məlum hadisəyə görə Sevil və Sevinc bacıları 2 günlük icazəlidir. Sabahdan ikisi də "Hər şey daxil" verilişini aparacaq".
K. Bayramov eyni zamanda avtomobil qəzası keçirən yaşlı kişidən söhbət açıb:
"Allah köməyi olsun. Hazırda xəstəxanadadır. Müalicəsi davam edir".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?