Xəzər televiziyası “Hər şey daxil” adlı verilişin canlı efirində Azərbaycan manatını cıran müğənni Sevinc-Sevil bacılarının hərəkətləri ilə bağlı məlumat yayıb. Lent.az-ın məlumatına görə, televiziyanın xəbərində deyilir ki, aparıcı ifa etdiyi “Borc ver” mahnısının təsirində qalaraq ifasını səhnələşdirmək istəmiş və bu zaman qeri-ixtiyari olaraq milli valyutamız olan manatı cırıb. Məsələ ilə bağlı Xəzər televiziyası rəhbərliyi dərhal toplantı keçirib və bu addım qətiyyətlə pislənilib, aparıcı Səfərova Sevinc, rejissor Məmmədova Sevinc cəzalandırılıb. Baş vermiş hadisəyə görə Xəzər TV Azərbaycan xalqından üzr istəyib.
Sorğu
Yeni dizaynımız necədir?