Əməkdar artist Elza Seyidcahan yeni şeirini təqdim edib. Sənətçinin bu şeiri də bir mənalı qarşılanmayıb. gundemxeber.az İstiPress-ə istinadən həmin şeiri təqdim edir:
Yorğunam mən, Özüm bilərəm, Yaşamağı dadıram Yaxşılıqla yatıram Yaxşılıqda yanıram Mən yandıqca qanıram Azmışam mən Pozğunluğun yollarında Yatmışam mən Yaxşılığın qollarında Döşəyimin yorğanıyam. Yumru-yumru, yumru-yumru Buludların arxasındayam Vurğunuyam nəsihətin Ölürəm acından onun üçün Yeyərəm onu “uff” demərəm Axı, o mənim hürriyətim Min bir sahibi vardır Mənim təmiz əxlaqımın Dedi-qodudan Qorxusu olmaz Saf su tək əxlaqımın Səhər-axşam qalxanıyam. Çirkinliyin Miskinliyin fərmanıyam Küskünlüyün dərmanıyam Qəmlər bir cür yozqundur Dəmlər yüz cür yozqundur Pozğunluğun acından Ölüm acından. Öldürəcəm acından Ölün acından O pozğun ki, Mənim kimi bir pozğuna Qoy rast gəlsin istəyirəm Ey pisliyin pozğunları Pozğun olub yaxşılıqda Arxalıqda, yamanlıqda Arxalıqda, yamanlıqda Samanlıqda eşələnər Köməyinə guya gələr Səs-küyə ürpələnər Asıldıqca Mən pozğunam Sən də pozğun ol deyəcək Mənim kimi. – İtin kimi etibarlı Olmağı mən istəyirəm. Toxluğuyam yamanlığın Çoxluğuyam tamahlığın Vurğunuyam təsirliyin Əsirgiyəm yönlülüyün Heyranıyam adlılığın Zirvəsiyəm yerliliyin Ustadıyam çıxışlığın Atılanıyam yaxşılığın Heç kəs özünü Saya bilməz. Tam əxlaqlı adam. Nə qədər ki, deyil. Hamı. Tam əxlaqlı adam.
Sorğu
Yeni dizaynımız necədir?