Azərbaycanı xarici ölkələrdə təmsil edən, dünyaın bir çox yerlərində olan, orada maraqlı görüşlər keçirən Xalq artisti Flora Kərimova bənzərsiz müğənni olduğu kimi də, geniş dünyagörüşlü, məlumatlı və maraqlı əhvalatlarla zəngin insandır. Görəsən, Xalq artistinin yaşadığı maraqlı xatirələri kitablaşdırmaq fikri olubmu? Hər halda, bu, baş tutsa idi, çox yaxşı olardı.
Flora Kərimova Moderator.az saytına açıqlamasında bu təklifin ona əvvəllər də edildiyini bildirib: “Bunu mənə çoxdan təklif etdilər. Hətta stenoqrafçı da ayırmaq istəyirdilər. Amma mən inanmıram ki, yazdıqlarımda axıra qədər səmimi olam. Sizinlə diplomatik danışıram. Müəyyən dövr var ki, o haqda danışanda səmimi ola bilmərəm.
Amma bunu mənə əvvəllər də təklif ediblər. Bəlkə də gələcəkdə oldu. Bir gün mən olmasam da bizimkilərlə, sizin kimi jurnalistlər əl-ələ verib, mənim xatirələrimi çap edərlər”.
Xalq artisti Flora Kərimova səhhəti ilə bağlı suala zarafatla cavab verib:
“Oğlum, çox-çox yaxşıyam, həm də pisəm. (gülür). Siz elə bilin ki, mən yaxşıyam. Amma mən bilirəm ki, pisəm. Bir dəfə bir nəfərin yaxın qohumu rəhmətə getmişdi. Harasa gedəndə soruşublar ki, necəsən, deyib əlayam. Amma qəfil yadına düşür ki, axı onun yaxını rəhmətə gedib və buradakılar da bunu bilir. Həmən qayıdır deyir ki, amma pisəm”.
Sorğu
Yeni dizaynımız necədir?