Hər buraxılışı qalmaqalla yadda qalan "Maşın" realiti-şousunda bu dəfə rejissor Kənan M.M. tamaşaçını təəccübləndirib.
gundemxeber.az axşam.az-a istinadən bildirir ki, rejissor uduşa qoyulan avtomobili udduğu təqdirdə, onu mərhum reper Hüseyn Dəryanın oğluna verəcəyini deyib:
"Oğlum yanıma gəlmişdi. Qulağıma elə söz dedi ki, özümdən utandım. Dedi ki, "Ata, bizim maşınımız var. Bunu udsan, Hüseyn Dəryanın oğluna ver". Hətta Pərvinlə (aktrisa Pərvin Abıyeva - red.) sona qalsam da, əlimi maşından çəkməyəcəm".
Onun bu sözlərinə digər iştirakçılar etiraz ediblər. Hər kəs "ee" deyərək, narazıçılıq bildirib.
Maşın ətrafında dayanan digər iştirakçıların bu reaksiyası Kənanı özündən çıxarıb. Əsəbiləşən Kənan onları hədələyib:
"Nə e, nə var? Niyə Cavad müəllim danışanda "e" demirsiz, mən danışanda edirsiz. Özüm haqqımda danışmayım?! Öz əqidəmi bilirəm. Sizin duyğularınız var, mənim yox? Bu maşını udub özümə saxlasam, kişi deyiləm. Amma mənə sağ göstərib, sol vurmayın. Zərbədən çıxıb, "bakovoy" vuraram".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?