Mərhum repçi Hüseyn Dəryanın xanımı Sona İbadova həyat yoldaşına vaxtilə yalan danışdığını etiraf edib. O, bu haqda Milli.Az-a açıqlama verib.
"Hüseynlə yeni boşananda danışmırdıq, onu qısqandırmaq üçün müğənniliyə başlayacağımı dedim. Hətta bir neçə efirə bu mövzu ilə qonaq da çağırıldım. Mənə maraqlı idi ki, görəsən, məni sevir, ya yox? Məni sevdiyinə əmin olmaq istəyirdim. Hüseyn xəbəri eşidən kimi bizə gəldi ki, bu nə işdir? Elə bu xəbərdən sonra barışdıq. Müğənni Zöhrə Abdullayevanın da bizi barışdırmaqda əməyi çox oldu", - Hüseyn Dəryanın həyat yoldaşı deyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?