"Maşın" realiti-şousunun növbəti buraxılışı da söz-söhbətlərlə yadda qalıb.
gundemxeber.az axşam.az-a istinadən bildirir ki, ötən gün səsverməyə çıxan müğənni Səidə Sultan SMS toplayaraq aktrisa Pərvin Abıyevanı oyundan uzaqlaşdırıb.
İfaçının qarşı tərəf haqqında dediyi "Pərvin getsin, evdən qardaşına səs göndərsin" sözləri aktrisanı özündən çıxarıb.
"Maşın"dan uzaqlaşan P.Abıyeva sosial şəbəkədə S.Sultanın ünvanına tənqidlər yazıb. O bildirib ki, S.Sultana avtomobili qazanmağa imkan verməyəcək:
"Xalq mənə nifrət edir? Niyə? Ailəmin, doğmaca qardaşımın haqqını müdafiə etdim. Özümü elə bir şəxsiyyətsiz qadının qarşısında sındırmadım. Çox istəyərdim ki, hər şeyi açıq danışım. Amma heyif ki, efirdə hər şeyi danışmaq olmaz. O qadın canlı efirdə doğma nənəsinin üzünə tüpürən insandı. Bunu nə tez unutdu xalq? Mənim qardaşıma uzun iyrənc dilini uzatdı. Dərsini verdim deyə pis oldum, nifrət qazandım? O, Kənana M.M.-ə deyil, mənim doğma qardaşıma sataşdı. Sizlər olsaydız, nə edərdiz?
O kimdi ki? Mən ərdəmliyimi göstərib üzr istədim, bunu heç kim yanlış anlamasın. Amma ailəmə dil uzadanın dilini qopararam. Siz o qadının əsl iç üzünü görəcəksiz. Mən yaşadığım müddətdə o maşına sahib olmayacaq. Mən Səidəyə yox, xalqa uduzdum. Çünki SMS verən onlardır. Səidəni də evə, Azərciyə (Azər Zahid) səsverməyə göndərəcəklər".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?