ATV-də yayımlanan "Maşın" şounun sms səsverməsinin nəticəsi açıqlanıb.
gundemxeber.az axşam.az-a istinadən bildirir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar rejissor Aqil M.Quliyevi sms səsverməsinə çıxarıblar.
Tamaşaçılar 60,91% səslə rejissoru verilişdə saxlayıblar. Aqil heç kimi verilişdən kənarlaşdırmayıb. O, hədəfinin Kənan Mahmudov olduğunu və o da verilişi tərk etdiyindən heç kimi şoudan çıxarmaq istəmədiyini deyib.
Qeyd edək ki, rejissor Kənan M.M. səsvermənin sonunu gözləməyərək əlini maşından çəkmişdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?