"Dedi-qodulardan, maqazin verilişlərindən qaçıram. İfaçı sənəti ilə məşhurlaşanda yaxşı olur. Sənət adamı içinin məhsulunu səhnəyə tökməlidir. Danışmaqla heç nə əldə etmək olmaz".
gundemxeber.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Nəzakət Teymurova "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib.
Muğam ifaçısı İtaliyada disk buraxdırcağını söyləyib:
"İtaliyada diskim çıxacaq. Yəqin ki, ona təqdimat da ediləcək. İş hazır olanda tamaşaçılara bu haqda geniş məlumat da verəcəm".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?